Siyavuş Novruzov: “Cəmil Həsənlinin arxasında özündən başqa heç kim yoxdur”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Cəmil Həsənlinin arxasında özündən başqa heç kim yoxdur”


“Cəmil Həsənli ona-buna söz deməklə gündəmdə qalmaq istəyir”. Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az –a açıqlamasında onun Əli İnsanovla bağlı fikirlərinə Cəmil Həsənlinin reaksiya verməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Cəmil Həsənli, Əli İnsanov kimi insanlar cəmiyyət üçün heç bir əhəmiyyət kəsb etmir: “Bu şəxslər cəmiyyətin diqqətində deyil. Cəmil Həsənli ona-buna söz deməklə gündəmdə qalmaq istəyir. Cəmil Həsənli artıq qurtarıb, bitib.

Ətrafında olanların hamısı , ortada tək qaldı ortada. Əvvəlcədən demişdim ki, belə də olacaq. İndi o, gündəmdə qalmaq üçün hər bir məsələyə reaksiya vermək istəyir. Çalışır gündəmdən düşməsin. Amma heç bir əhəmiyyət kəsb etmir, çünki onun ətraflında sosial baza, elektorat yoxdur”.

S. Novruzov qeyd edib ki, Cəmil Həsənlinin arxasında özündən başqa heç kim yoxdur. YAP funksioneri belə adamlara vaxt sərf etmək istəmədiklərini açıqlayıb: “Belə adamlarla bizim vaxtımızı almayın, biz vacib işlərlə məşğuluq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm