Nida.az
Müsavatda Arif Hacılı - Tural Abbaslı görüşü - DETALLAR
Müsavat Partiyasının başqanı Arif Hacılı başqanlığa keçmiş namizəd Tural Abbaslı ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə A. Hacılı
şəxsi “facebook” səhifəsində məlumat verib.
“Tural Abbaslı ilə görüşdüm. Bir çox məsələlər barədə ətraflı
söhbət etdik.
Məncə, səmərəli oldu”, - deyə o bildirib.
Tural Abbaslı Publika.az-a açıqlamasında görüşün
detallarını açıqlamaq istəmədiyini deyib. Onun sözlərinə görə, A.
Hacılı ilə partiyadakı vəziyyəti, yaranmış problemləri müzakirə
edib: “Mən həmişə mətbuata dediyim fikirləri dedim. O da öz
arqumentlərini bildirdi. Xeyli söhbətimiz oldu. Görüşün müsbət
nəticəsinin olub-olmayacağını zaman göstərəcək”.
Qeyd edək ki, qurultaydan sonra Tural Abbaslı daha çox Qubad
İbadoğlu ilə eyni mövqedən çıxış edirdi. Partiya daxilində fraksiya
yaratmaq ideyası da ona məxsus olub. Arif Hacılının onunla
görüşməsi yeni rəhbərliyin narazıları bölməsi cəhdi kimi
qiymətləndirilə bilər.
Lakin T. Abbaslı fraksiya məsələsinin aktuallığını saxladığını bildirib.
“Bu, daxili demokratiyanın olmasına, insanların azad şəkildə
fikirlərini ifadə etməsinə hesablanmış məsələdir. Əgər yeni
rəhbərlik yaranmış problemləri aradan qaldıracaqsa, o zaman
fraksiyaya da ehtiyac qalmayacaq. Hələlik danışıqlar gedir,
nəticələri zaman göstərəcək. Lakin problemlər həll olunmayacaqsa,
fraksiya da öz aktuallığını saxlayacaq. Ümumiyyətlə isə Arif bəy
mənə “fraksiya yaratmayın”, yaxud nəyisə etməyin kimi sözlər
deməyib. Sadəcə, bəzi məsələləri müzakirə etmişik”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO