Nida.az
Adil Qeybulla: “Yeni rəhbərlik “güclüyəm, haqlıyam” prinsipi ilə hərəkət edir”
“İsa Qəmbər 20 ildən artıq bir müddətdə Müsavatda mübarizə aparmış insanlara qapını göstərə bilməz. Bu, doğru yanaşma deyil”.
Bu barədə Publika.az-a açıqlamasında Müsavat Partiyası Divanının keçmiş üzvü, professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, yeni rəhbərlik konsensus yolunu tapmalıdır:
“Biz partiyanın bütövlüyü naminə buna çalışırıq. Bütün müsavatçılar
buna məcburdur. Partiyanın bütövlüyünün qorunub saxlanılması,
parçalanmaması üçün hər kəs müəyyən addımlar atmalıdır. Biz bu
yolda irəliləyirik. Lakin heç kim “demokratiya istəyir” deyə
müsavatçılara qapını göstərə bilməz. Bu yanlış yanaşmadır. Biz 20
ildir bir yerdə yol gəldiyimizi unutmamalıyıq. Hər birimiz öz
məsuliyyətimizi dərk etməliyik. Bəziləri fikirləşmədən 20 illik
mübarizə yolunu heçə sayırlar”.
A. Qeybulla bundan sonra atacaqları addımları situasiyaya görə
dəyərləndirəcəklərini bildirib: “Bütün qərarlarımız proseslərin
gedişindən asılı olacaq. Biz Müsavatı parçalamaq yox,
bütövləşdirmək, gücləndirmək məqsədi daşıyırıq. Buna görə də indiyə
qədər konsensus yolunu axtarır, yeni rəhbərliyin daşı ətəyindən
tökməsinə ümid edirik. Amma artıq bundan sonrakı addımlarımız
proseslərdən asılı olacaq”.
Müsavatçı professor yeni rəhbərliyin “güclüyəm, haqlıyam” prinsipi
ilə hərəkət etdiyini deyib. Onun sözlərinə görə, tərəflərdən heç
biri güclü, yaxud zəif deyil.
“Ortada iki tərəf var və hər birinin tərəfdarları, aşağı-yuxarı,
eynidir. Deməli azlıq, yaxud çoxluq məsələsi yoxdur. Yeganə çıxış
yolu hər iki tərəfin bir araya gəlib sağlam başla problemləri həll
etməkdir. İsa Qəmbər də buna çalışmalıdır. Çünki Müsavatın daxili
problemini heç kim həll etməyəcək, heç kim də bunda maraqlı deyil.
Bu proseslərdən də tərəflərin heç biri qazanc əldə etməyəcək”, -
deyə o vurğulayıb.
Lakin o, yeni rəhbərliyin konsensusa getmək marağının olmadığını da
qeyd edib: “Partiyanın bütün strukturlarını tutublar. Divan, Məclis
və digər qurumlar öz tərəfdarları ilə doludur. Amma onların sayı
qədər olan digər tərəf kənarda qalıb. Bu ədalətli deyil. Lakin yeni
rəhbərlikdən ədalət gözləmək də bir qədər çətindir. Əvvəl gəlin
qucaqlaşaq deyirdilər, indi də qapını göstərirlər. Görünür, onlar
üçün vacib olan Müsavat yox, vəzifədir”.
A. Qeybulla mübarizəni davam etdirəcəklərini və Müsavatı yaranmış
durumdan çıxaracaqlarını bildirib. Onun sözlərinə görə, hər şeyin
yoluna düşməsi, ədalətin bərpası üçün bir qədər zaman lazımdır.
Asif Nərimanlı
-
Avropa09:12
Gecə Rusiya fəallaşdı: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO