Nida.az
“Onlar olmasaydı, İŞİD bu gün Kərkükü işğal edəcəkdi” – Özəl
“Dünən gecə İŞİD qüvvələri üç cəbhədən Kərkükə hücum edib”.
Bu barədə Publika.az-a Kərkükdən olan türkman
jurnalist Özdəmir Hürmüzlü deyib.
Onun sözlərinə görə, Kərkükün 16 kilometrliyində yerləşən Şimal Qaz
Şirkətinin 2 kilometrliyinə qədər İŞİD-in irəliləməsi şirkətdə işin
dayandırılmasına səbəb olub: “Əgər oradakı ana boru xətti
zədələnərsə, bu, Kərkük üçün atom bombası effektini yaradacaq. İŞİD
hücumundan sonra Kərkükün elektrik enerjisinin əksəriyyətini təmin
edən Molla Abdullah elektrik stansiyasının fəaliyyəti dayandırılıb.
Bölgədə qarşıdurma davam edir. Yayılan məlumatlara görə, Kərkükdəki
xəstəxanalara çoxlu sayda yaralılar gətirilib”.
O. Hürmüzlü əlavə edib ki, ABŞ tərəfindən yaradılan koalisiya
qüvvələri bu gün səhər saat 6:00-dan başlayaraq İŞİD cəbhələrini
bombalamağa başlayıb.
“Hücumlarla bağlı rəsmi məlumatların olmaması Kərkük əhalisinin
narahatlığına səbəb olub. İddialara görə, koalision qüvvələri hücum
etməsəydi, Kərkük İŞİD tərəfindən işğal ediləcəkdi”, - deyə o
bildirib.
Asif Nərimanlı
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi