Nida.az
Oqtay Əsədov: “Məsələni araşdırıb hökumətə məktub göndərəcəyik”
Milli Məclisin deputatları şəhid ailələrinin parlamentin qarşısında aksiya keçirərək qaldırdığı problemləri müzakirəyə çıxarıblar.
Publika.az-ın məlumatına görə iclasda çıxış edən
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov hökumət
üzvlərindən, Dövlət Sosial Müdafiə Fondunun sədrindən xahiş edib
ki, şəhid ailələrinin qaldırdığı problemləri diqqətdə saxlasınlar
və həlli üçün addımlar atsınlar: “Şəhid ailələri, Qarabağ əlilləri
bu gün ölkə prezidentinin ətrafında birləşiblər. Onların problemini
həll etmək lazımdır. Oqtay müəllim, qanunvericilik baxımından nə
lazımdırsa, onu da edək. Eyni zamanda, bu işləri sürətləndirmək
lazımdır ki, onlar əziyyət çəkib bura bir daha bura
gəlməsinlər”.
Deputat Vahid Əhmədov isə şəhid ailələri və Qarabağ əlilləri üçün
nəzərdə tutulan sığorta pullarının ödənilməsinin problem olaraq
qaldığını söyləyib: “Bu pulu haqqı çatan ailələrə ödəmək lazımdır.
Şəhid ailələri üçün ödəniləcək sığortanın miqdarı 11 min manatdır.
Bu elə də çox vəsait deyil. Maliyyə Nazirliyi bunun ödənilməsini
təmin edə bilər”.
Spiker Oqtay Əsədov deputatlara cavab olaraq bildirib ki, bu
məsələnin həlli Maliyyə Nazirliyinin səlahiyyətində deyil:
“Konstitusiya Məhkəməsi bununla bağlı qərar qəbul edib. Məhkəmə
bizə məktub da göndərib ki, Milli Məclis bununla bağlı qərar qəbul
etsin. Biz də məsələni araşdırıb hökumətə məktub göndərəcəyik”.
Leyla
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA