Nida.az
Elmar Məmmədyarov: Ermənistan münaqişənin həlli prosesinə əngəl yaradır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci Nazirlər Şurasının iclasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ilə görüşüb.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,
görüş əsnasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və
beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəsi qeyd
edilib və Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin
əhəmiyyəti vurğulanıb.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi
haqqında məlumat verərək bildirib ki, münaqişənin sülh yolu ilə
həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş
Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Ermənistanın münaqişənin həlli prosesinə əngəl yaratdığını deyən
Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən işğal olunmuş
Azərbaycan ərazilərində keçirilmiş və təxribatçı məqsədlərə xidmət
edən genişmiqyaslı hərbi təlimləri diqqətə çatdırıb.
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək... -
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO