Nida.az
Dövlət Komissiyası: 34 azərbaycanlı əsirdir
"Bizdə 50 azərbaycanlının Ermənistanda və Dağlıq Qarabağda müxtəlif yerlərdə saxlanılması barədə səhih məlumatlar var idi. Həmin 50 nəfər insana Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri 1999-cu ildə və ondan sonra bir neçə dəfə baş çəkib və onları qeydiyyata götürmüşdülər". Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bu gün jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Dövlət Komissiyası onların taleyinə aydınlıq
gətirmək, onların azad olunması üçün fəaliyyət göstərib: "Biz
diqqətə çatdırmışdıq ki, əgər bu insanlar Ermənistanda və ya işğal
olunmuş Dağlıq Qarabağda müxtəlif yerlərdə uzun müddət
saxlanılırlarsa, onların azad olunması vacibdir. Biz beynəlxalq
təşkilatlarla onların azad olunması istiqamətində birgə fəaliyyət
göstərirdik. Amma belə alındı ki, onlardan bizə yalnız 16 nəfərin
meyiti qaytarıldı. Meyitlərə baxanda görünürdü ki, onlar yaxın
məsafədən atəş açılaraq qətlə yetirilmişdilər. Ermənilər deyirdilər
ki, onlar guya saxlama yerlərindən qaçmağa cəhd etdikləri üçün
keşikçilər tərəfindən öldürülüblər. Bir qismi də deyirdi ki, guya
xəstəlikdən ölüb. Biz də dedik ki, Ermənistan ərazisində hansı
epidemiya yayılmışdı ki, onlar eyni gündə, eyni vaxtda həlak
olublar? Digər 34 nəfərlə bağlı ermənilər heç bir məlumat
vermirlər. Bunlar o insanlardır ki, onlara beynəlxalq təşkilatların
nümayəndələri baş çəkib, onlarla orada görüşüblər. Onlar beynəlxalq
təşkilatlarda qeydiyyatdadırlar. Lakin ermənilər onları vermirlər.
Deyirlər ki, bizdə belə bir adam da, onlar haqqında məlumat da
yoxdur".
Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetində
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya
həqiqətləri bilməlidir" mövzusunda keçirilən konfransda çıxışı
zamanı Firudin Sadıqov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi
başlayandan sonra ilk illərdə əsir və itkin düşən azərbaycanlıların
sayı 8 min nəfərə qədər
olub. Onların bir çox hissəsi qaytarılıb, bir çoxlarının taleyinə
aydınlıq gərtirilib. Hazırda münaqişə zamanı itkin düşmüş kimi
siyahıda 4016 nəfər vətəndaşımızın adı var. Onlardan da böyük
qrupunun döyüşlərin aktiv fazası zamanı ermənilər tərəfindən əsir
və girov götürüldüyünə dair faktlar var. Ermənilər torpaqlarımızı
işğal edərkən
870 nəfərdən artıq insanı sağ şəkildə ələ keçiriblər. Onlardan bir
qismi döyüş zamanı əsir alınıb, bir qismi mülki şəxs kimi girov
götürülüb. Lakin ermənilər bu faktarı təkzib edir və onları
Azərbaycan tərəfinə vermək istəmirlər.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ