Azərbaycanlı diplomatın avtomobili oğurlandı
Bizi izləyin

Nida.az

Azərbaycanlı diplomatın avtomobili oğurlandı

Azərbaycanın Moskvadakı səfirliyinin attaşesi Nemət Nağdəliyevə məxsus avtomobili naməlum şəxslər tərəfindən oğurlanıb.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə "LifeNews" kanalı Moskva hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib.

Polisə Nemət Nağdəliyevin özü məlumat verib. Hadisə dekabrın 3-nə keçən gecə baş verib.

Diplomat müraciətində bildirib ki, onun "Range Rover" markalı avtomobili Moskvanın Zemlyanoy Val küçəsində oğurlanıb. Zərərçəkmiş şəxsə dəyən maddi ziyan isə 5 milyon rubl (təxminən 100 min dollar) təşkil edir.

Polis "Potok" elektron sistemi vasitəsilə hadisəni qeydə ala bilsə də, cinayətkarlar ara yola dönərək izi itirə biliblər. Maşının yol patrul polisinin müşahidə kameralarına düşdüyü bildirilir.

Hazırda maşını qaçıranların axtarışı davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm