Nida.az
Sergey Lavrov azərbaycanlı girovlardan danışdı
Rusiya girovlar probleminə ciddi yanaşır və bütün girovların azad edilməsinin, qarşılıqlı mübadilənin aparılmasının tərəfdarıdır. Trend-in məlumatına görə, bunu Bazeldə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
O, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşünün yekunları üzrə bəyanatını xatırladıb: "Həmin bəyanata əsasən, Azərbaycan və Ermənistan prezidentləri girovların götürülməsi halında onların mübadiləsini aparmağa, ölüm zamanı isə cəsədlərin qarşılıqlı təhvil verilməsinə imkan verən mexanizm yaratmağı öhdələrinə götürüblər".
S.Lavrov əmin olduğunu bildirib ki, bu bəyanat qoşunların təmas xəttində və regionda tərəflərin praktiki addımlar atmasında öz əksini tapacaq.
Qeyd edək ki, erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlı öldürülüb, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlı isə girov götürülüb. H.Həsənovun nəşi Azərbaycana qaytarılıb. Ş.Quliyev və D.Əsgərovun isə qondarma "məhkəməsi" keçirilir.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?