Nida.az
Qubad İbadoğlu: “ADR-in təşkilat komitəsi formalaşdırılacaq”
Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu partiyanın yeni rəhbərliyindən narazı olanların yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının gələcək fəaliyyətini açıqlayıb.
Publika.az xəbər verir ki, Q. İbadoğlu hərəkatın
təşkilatlanması və ictimai institut kimi formalaşması istiqamətində
yaxın günlərdə addımlar atacağını bildirib: “Azərbaycanın
modernləşdirilməsi və inkişafı sahəsində islahatların strateji
hədəflərin müəyyənləşdirilməsi və onlara nail olunması ilə bağlı
son zamanlar apardığımız müzakirə və diskussiyaların bir
mərhələsini bitirərək, Azərbaycan Demokratiya və Rifah Hərəkatını
təsis etməyimiz cəmiyyətə demokratiya və azadlıqlar uğrunda
mücadiləmizi daha geniş formatda davam etdirmək niyyətimizdən irəli
gəlir. Bu niyyətlə yaxın günlərdə ADR hərəkatının təşkilatlanması
və bir ictimai institut kimi formalaşması ilə bağlı işləri həyata
keçirməyi planlaşdırırıq. İlkin olaraq ADR-in təsis konfransının
keçirilməsi üçün təşkilat komitəsi formalaşdırılacaq”.
Q. İbadoğlu milli, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq
hər kəsi ADR-in təsis konfransında yaxından iştirak etməyə, rəsmi
olaraq hərəkata qoşulmaq üçün hərəkətə keçməyə çağırıb: “Bunun üçün
təsis bəyannaməsini imzalamış təşəbbüskarlardan birinə müraciət
etməyiniz yetərlidir. Mübarizəmizi hər iki cəbhədə uğurla başa
çatdırmaq üçün hər birinizin dəstəyinə ehtiyacımız var”.
Asif
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO