Nida.az
Rasim Musabəyov: “Azərbaycan təhlükəli çevrilişlər poliqonu olmayacaq”
“Akademik Ramiz Mehdiyevin məqaləsi ciddi rezonans doğurdu. Bu da təbii haldır. Bu məqalə ilə razılaşanlar da var, tənqid edənlər də.
Tənqidçilər diqqəti daha çox rəsmi Bakının antiamerikan təbliğatına yönəldirlər. Lakin məqalədə əsas qayə qırmızı xətlə keçir. Bu, kənar müdaxilələrin yolverilməzlidiyir. Çünki bunlar Azərbaycanın daxili işidir və mövcud iqtidar ölkəni inkişafı və sabitliyinin qayğısına qalır”.
Bu barədə Publika.az-a açıqlamasında Milli
Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.
R. Musabəyov tənqidçilərin diqqətini bir məqama yönəldib: “Bu günə
qədər Rusiya, Türkiyə və yaxud İran mediası ölkədən çıxarılanda
Qərb bunu razılıqla qarşılayırdı. Lakin söhbət “Azadlıq radiosu”,
“Amerikanın səsi”nə gələndə, bu azadlıq və demokratiyanın
sıxışdırılması kimi təqdim olunur. İranın, Türkiyənin xeyriyyə
təşkilatları, təhsil müəssisələri bağlananda bu doğru addım kimi
qəbul edilir. Lakin Qərb donorlarının qarşısına keçəndə yenə də
azadlıq və demokratiya sıxışdırılır deyə bəyanatlar səslənir. Ötən
il Moskvadan Azərbaycana olan siyasi təzyiqlərə, “Milyarderlər
ittifaqı”nın fəaliyyətinə qarşı çıxanda Qərb bunu dəstəkləyir.
lakin qərbyönümlü müxalifətin antimilli hərəkətləri pislənəndə
Avropa fondları, təşkilatları, Amerika dövlət strukturları bunu
avtoritarizm adlandırır. Bu ancaq və ancaq ikili standartlardan
irəli gəlir”.
R. Musabəyov Ramiz Mehdiyevin məqaləsinə diqqət çəkərək bunu
Azərbaycan hakimiyyətinin milli maraqlar məsələsində sona qədər
israrının nümunəsi kimi qiymətləndirib.
“Akademik Ramiz Mehdiyevin məqaləsində bir nəticə çıxarılır.
Azərbaycan hakimiyyəti ümumi siyasi xəttində ardıcıldır və ölkənin
siyasi həyatına istənilən xarici müdaxiləyə qarşı çıxaraq
Azərbaycanın təhlükəli dəyişikliklər, çevrilişlər poliqonuna
çevrilməyinə imkan verməyəcək” , - deyə politoloq vurğulayıb.
Asif Nərimanlı
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO