Nida.az
Ərdoğan Əliyevi nə üçün seçib? – GÖZLƏNTİ
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevi böyük iyirmiliyin (G-20) 2015-c ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvət etməsi Türkiyə-Azərbaycan ittifaqının daha da güclənməsi və əsl regional gücə çevrilməsində önəmli addım sayıla bilər”.
Publika.az xəbər verir ki, bu barədə politoloq
Elxan Şahinoğlu Ankara-Bakı-Moskva yaxınlaşması haqda deyib.
Politoloqun sözlərinə görə, 2015-ci ildə G-20-lərə Türkiyə sədrlik
edəcək və Türkiyə üzv ölkələrdən başqa istədiyi bir dövləti bu
tədbirə qonaq qismində dəvət etmək hüququna malikdir: “2013-cü ildə
G-20-yə ev sahibliyini həyata keçirən Rusiya Qazaxıstanı, 2014-cü
ildə Avstraliya isə Yeni Zellandiyanı seçmişdi. Türkiyə Azərbaycanı
seçib. Azərbaycanın qarşıdakı ildə qurumun bütün tədbirlərində
iştirak edəcək. Dünya iqtisadiyyatının 95 faizi, ticarətin 85
faizi, əhalinin isə 2/3 hissəsi G-20 ölkələrində cəmləşib. Belə bir
kluba dəvət və hətta kənardan da olsa söz haqqına malik olmaq
sıradan bir hadisə deyil. İl boyu G-20-lər çərçivəsində keçiriləcək
tədbirlərdə dünya iqtisadiyyatının böyüməsindən və ticarət
imkanlarının genişlənməsindən tutmuş, enerji əməkdaşlığına qədər
onlarla mövzu müzakirəyə çıxarılacaq və Azərbaycan bütün bu
müzakirələrdə iştirak edəcək”.
E. Şahinoğlu Türkiyə və Azərbaycan prezidentlərinin bu mövzunu
telefonla dekabrın 1-də müzakirə etdiklərinə diqqət çəkib: “ Eyni
tarixdə Rusiya prezidenti Vladimir Putin Türkiyəyə rəsmi səfər
edib. Fikrimcə, bu təsadüf deyil. Türkiyə və Azərbaycan
prezidentləri telefon görüşməsində Dağlıq Qarabağ münaqişəsinin
həlli yolları ilə bağlı məsələləri müzakirə ediblər. Bu isə o
deməkdir ki, bu münaqişənin həlli Ankara üçün əvvəlki kimi
prioritet qalır və məsələ Rusiya prezidentinin də diqqətinə
çatdırılıb. Digər tərəfdən, Azərbaycan prezidenti Dağlıq Qarabağ
problemini və bunun regional əməkdaşlığa vurduğu ziyanı G-20-lərin
zirvə toplantısında da gündəmə gətirmək imkanı qazanacaq”.
Asif Nərimanlı
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi