Avropa Parlamentinə etiraz: “Bu, dəyərlərinizə ziddir”
Bizi izləyin

Nida.az

Avropa Parlamentinə etiraz: “Bu, dəyərlərinizə ziddir”

Onun sözlərinə görə, Avropa Parlamenti üzvlərinin yeni davranış kodeksləri ötən ilin iyulunda qəbul olunub: “Bu kodeksi rəhbər tutaraq, Azərbaycanda Avropa Parlamentinin seçkilər üzrə müşahidə missayısının rəhbəri Pino Arlaçi başda olmaqla, digər 6 üzvünə

“Prezident seçkiləri zamanı Avropa Parlamentinin müşahidə missiyasının üzvləri öz dürüst və həqiqəti əks etdirən fikirlərinə görə hansısa təzyiqlərə məruz qalması Avropa Parlamentinin dəyərlərinə ziddir”.

Publika.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Çingiz Qənizadə mediaya açıqlamasında Avropa Parlamentində Azərbaycanda seçkilər zamanı müşahidə aparan deputatların cəzalanmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Avropa Parlamenti üzvlərinin yeni davranış kodeksləri ötən ilin iyulunda qəbul olunub: “Bu kodeksi rəhbər tutaraq, Azərbaycanda Avropa Parlamentinin seçkilər üzrə müşahidə missayısının rəhbəri Pino Arlaçi başda olmaqla, digər 6 üzvünə sanksiyalar tətbiq etmək niyyətindədirlər. Davranış Kodeksinin qəbulu qabaqcadan düşünülmüş, düzgün fikir ifadə edən deputatların bəzən siyasi təsirlər altına salınmasına xidmət edir. Bunu qəbul ediblər ki, gələcəkdə müstəqil düşünən deputatları bu tip kodekslə qorxudaraq, onları öz fikirlərindən yayındırmağa çalışsınlar. Bu da Avropa dəyərlərinə ziddir”.

C. Qənizadə bildirib ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı düzgün rəy verən bir missiyanın rəhbəri başda olmaqla, 6 deputatın fəaliyyətinin Avropa Parlamentində müzakirəyə çıxarılması, Məşvərət Komitəsində hansısa sanksiyaların tətbiq edilməsi istəyi hesab edirəm ki, 7 deputata qarşı deyil, parlamentin bütün deputatlarına qarşı tətbiq edilə biləcək sanksiyadır.

“Çünki heç kəs sığortalanmır ki, hansısa ölkədə düzgün müşahidələrinə görə cəzalandırılmasın. İnanıram ki, parlamentin digər deputatları da Məşvərət Komitəsindəki müzakirələrdə həmrəylik nümayiş etdirərək belə qərarların qəbul olunmasına qarşı çıxacaq”-deyə millət vəkili qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm