Nida.az
Mütəllim Rəhimli: “Bizim siyasi blok yaratmağımıza maneələr var“
Açıq Cəmiyyət Partiyasına (ACP) yeni sədr seçkisindən sonra təşkilata bəzi partiyalardan transferlər olacağı ilə bağlı fikirlərə rast gəlinir. Ədalət Partiyasından da oxşar keçidlərin olacağı ehtimal edilir.
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Publika.Az-a bildirib ki, dinamik bir qurum olan partiyaya gələn-gedənin olması mümkündür.
Mütəllim Rəhimlinin fikrincə, Sülhəddin Əkbərin ACP-yə sədr seçilməsi böyük hadisə deyil və ora böyük axının olacağı qeyri-realdır: "Hesab edirəm ki, bu, sadəcə mətbuatın təbliğatıdır. Adı çəkilən Elxan Şükürlü partiyadan çıxıb. Hansı partiyaya gedəcəyini o, özü müəyyənləşdirə bilər".
Ədalət Partiyasının Yaşıllar, Vətəndaş və İnkişaf Partiyaları, həmçinin digər siyasi qüvvələrlə əməkdaşlıq məsələsini müzakirə etdiyini deyən sədr müavini əlavə edib ki, ortaya ciddi bir siyasi blokun çıxacağını anlayan şəxslər mətbuatda təxribatla məşğuldurlar: "Təxribatla belə bir birliyin qarşısını almağa çalışırlar. Hesab edirəm ki, cəfəngiyat bir şeydir və bununla bir şeyə nail ola bilməycəklər".
Elxan Şükürlü isə bildirib ki, hələ ki, ACP-yə keçməklə bağlı planı yoxdur. Amma bunu gələcəkdə mümkün hesab edir.
Mətbuatda gedən fikirlərə görə, Elxan Şükürlü Sülhəddin Əkbərin Rəsul Quliyevlə yaxın əlaqələr qurmasında, həmçinin onun ACP-yə sədr seçilməsi prosesində yaxından iştirak edib.
Elxan Şükürlü səslənən fikirləri belə təkzib edib: "Sadəcə arzumu, müşahidəçi kimi mövqeyimi deyə bilərəm. Mən yalnız o prosesin tərəfdarlarındanam. Sülhəddin Əkbərlə dost münasibətlərim var. Bu hələ o demək deyil ki, Açıq Cəmiyyət Partiyasına üzv olacam".
Ömər Əmirov
Publika.Az
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO