Nida.az
“NATO Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqlədi“
“NATO və alyansa tərəfdaş ölkələrin mayın 20-21-də Çikaqoda baş tutan sammiti iştirakçıların sayının çoxluğu baxımından indiyədək keçirilmiş sammitlər içərisində ən böyük sammit idi. İkigünlük forumda alyansın üzvü olan 28 dövlətin və 13 tərəfdaş ölkənin birinci şəxsləri iştirak edib.
Sammitdə Azərbaycan dövləti də prezident səviyyəsində təmsil
olunurdu. Bu, adətən belə də olub. Amma sammit bu dəfə daha geniş
auditoriyanı əhatə etdiyindən bu təmsilçiliyin xüsusi əhəmiyyəti
var idi”.
Bu barədə Publika.Az-a açıqlamasında politoloq Elman Nəsirov
bildirib. O, qeyd edib ki, Azərbaycan istənilən sammitdə təmsil
olunarkən orada qəbul edilən yekun sənəddə ölkəmizlə bağlı
problemlərin nə cür əks olunması bizim üçün ən əhəmiyyətli
məsələdir:
“Xüsusi vurğulamaq istəyirəm ki, Çikaqo sammitinin yekun sənədində Cənubi Qafqaz və Moldovadakı etnik münaqişələrin həllində ərazi bütövlüyü, dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı prinsiplərinin birmənalı şəkildə öz əksini tapması çox müsbət haldır.
Biz bu ifadələri diplomatik dildən qeyri-diplomatik dilə çevirsək, deyə bilərik ki, əslində yekun sənəddə Cənubi Qafqazdakı və Moldovadakı etnik münaqişələr həll olunarkən ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipinin əsas götürülməli olduğu yazılıb.
Bu ifadənin açılışı Dağlıq Qarabağın Azərbaycanın, Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın, Dnestryanı bölgənin isə Moldovanın tərkib hissəsi olduğu anlamına gəlir.
Hesab edirəm ki, Çikaqo sammitinin yekun bəyannaməsində
münaqişələrlə bağlı məsələlərin məhz bu şəkildə öz əksini tapması
olduqca vacib məsələlərdən biridir. Bizim üçün Çikaqo sammitinin ən
əhəmiyyətli məqamı da bundan ibarətdir”.
Zirvə görüşünün əsas mövzularının Avropada raketdənmüdafiə
sisteminin və Əfqanıstandakı vəziyyət məsələləri olduğunu
vurğulayan E.Nəsirov bildirib ki, birinci məsələ ilə bağlı Rusiya
və NATO arasında çox ciddi fikir ayrılığı mövcuddur:
“Zirvə görüşünün iştirakçıları müvəqqəti raketdənmüdafiə
sisteminin yaradıldığını elan ediblər. Söhbət Avropada NATO-nun
üzvü olan dövlətlərin sərəncamında olan hava və raket hücumundan
müdafiə vasitələrinin birləşməsinin başa çatmasından, onların
ABŞ-ın “İcis” (Aegis) raketdənmüdafiə sistemləri ilə
gücləndirilməsindən gedir”.
Politoloq Əfqanıstandan NATO qoşunlarının çıxarılması məsələsinin
də bu sammitdə öz əksini tapdığını vurğulayıb:
“Yekun bəyannamədə bildirilir ki, alyans Əfqanıstanda təhlükəsizliyin təmin olunmasına görə məsuliyyəti 2013-cü ilin ortalarında bu ölkənin milli hərbi qüvvələrinə verəcək.
Alyansın komandanlığı altında olan 130 min hərbi qulluqçudan
ibarət bölmələrin tam çıxarılması 2014-cü ilin sonunda başa
çatacaq. Hesab edirəm ki, bu iki məsələ də çox vacib məsələlərdir
və sammitin qarşıya qoyduğu vəzifələrin öhdəsindən gəldiyini
söyləmək mümkündür”.
Səxavət
Publika.Az
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı