Nida.az
“Azərbaycan Rusiyadan ədalətli mövqe tələb etməlidir”
BAXCP İdarə Heyəti: “Əks təqdirdə, Rusiya ilə münasibətlərin bundan artıq dərinləşdirilməsi Azərbaycanın dövlət maraqlarına ziddir”
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ölkədəki ümumi ictimai-siyasi vəzyyət müzakirə olunub. Toplantıda ötən həftənin şənbə günü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müxalifət partiyalarının təmsilçiləri ilə görüşü də müzakirə edilib.
İdarə Heyəti hesab edir ki, belə görüşlər davamlı olmalı və
formal xarakter daşımamalıdır.
İclasda Ukraynada baş verən hadisələrdən sonra postsovet məkanında
Azərbaycanın maraqları baxımından yaranmış yeni geosiyasi vəziyyət
də müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, son vaxtlar Rusiyanın Krımı işğal etməsindən sonra Qərb tərəfindən sanksiyalarla üzləşməsinə və təklənməsinə baxmayaraq, Azərbaycan iqtidarı bu ölkə ilə münasibətləri məhdudlaşdırmayıb, Rusiyaya siyasi və iqtisadi dəstək verir. BAXCP hesab edir ki, Azərbaycan iqtidarı bu dəstəyin müqabilində Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan ədalətli mövqe tələb etməlidir. Bu, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan haqqıdır.
Partiya hesab edir ki, bu gün Qərb tərəfindən Azərbaycana qarşı
aqressiv münasibətin səbəblərindən biri də məhz Azərbaycanın
Rusiyaya qarşı sanksiyalara əhəmiyyət verməyərək bu ölkə ilə daha
artıq yaxınlaşmasıdır.
Partiya hesab edir ki, Qarabağ məsələsində belə bir dəstəyin
verilməyəcəyi təqdirdə, Azərbaycan Rusiya ilə münasibətlərdə
irəliyə doğru bundan artıq bir addım da atmamalıdır. Azərbaycan
iqtidarı Rusiya ilə münasibətlərin ölkəmizin milli maraqlarına
hansı şəkildə cavab verməsinə aydınlıq gətirməlidir: “Rusiyanın
ayrı-ayrı məmurlarının Azərbaycanla bağlı yalnız təskinlik verə
biləcək xoş bəyanatları Azərbaycan cəmiyyətində çaşqınlıq
yaratmamalı, Moskva isə Qarabağ məsələsində konkret və prinsipial
mövqeyini bildirməlidir. Belə olmayacağı halda Rusiya ilə
münasibətlərin bundan artıq dərinləşdirilməsi Azərbaycanın dövlət
maraqlarına ziddir”.
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...
-
Sosial11:06
Pensiya alanların nəzərinə!
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO
-
Səhiyyə09:00
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR: Bu məhsulu pulsuz alacağıq - VİDEO
-
MDB08:24
Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi
-
İdman07:47
Ronaldonun keçmiş evi satışa çıxarıldı - VİDEO