İlham Əliyev İsveçrə prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev İsveçrə prezidentini təbrik edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının prezidenti xanım Simonetta Sommaruqaya təbrik məktubu göndərib.

Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, təbrikdə deyilir:

Hörmətli xanım Sommaruqa,

İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-İsveçrə münasibətləri bu gün dinamik inkişaf yolundadır. Ümidvaram ki, dost ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Oxumağa davam et
Reklam
Reklam

Gündəm