Nida.az
Azərbaycanlı Suriyaya gedərək “Əl-Nusra”ya qoşuldu – ÖZƏL
Daha bir azərbaycanlı Suriyaya gedərək, “Əl-Nusra” Cəbhəsi terror qruplaşmasına qoşulub.
Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə
etdiyi özəl məlumata görə, Xaçmaz rayonu Xudat şəhər sakini Sərxan
Əlixanov Türkiyəyə gedərək, oradan Suriya sərhədini keçib. Onun
“Əl-Nusra”ya qoşulduğu bildirilir.
Qeyd edək ki, S. Əlixanov bir neçə ay öncə ailəsinə xəbər vermədən evi tərk edib. Anası onu polisə versə də, yerini müəyyənləşdirmək mümkün olmayıb. Daha sonra şəxsin özü anasına zəng edərək Mahaçqalada olduğunu, Moskvaya gedəcəyini bildirib. Ondan sonra heç bir əlaqə saxlamayıb. Dünən axşam saatlarında onun Suriyada olduğu dəqiqləşib.
S. Əlixanovun qardaşı Nadir Əlixanovun da ailəsi ilə birlikdə Suriyaya gedərək geri döndüyü xəbərləri yayılmışdı. Publika.az-ın bölgəyə ezam olunan müxbiri ilə söhbətində N. Əlixanov Suriyaya yox, Türkiyəyə getdiyini, işləri alınmadığı üçün geri döndüyünü deyib. O, qardaşının hara getdiyindən xəbərsiz olduğunu da bildirib.
Asif Nərimanlı
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO