Nida.az
“Bunlar söz-söhbətdən başqa bir şey deyil“
"Siyasi partiayalar haqqında" qanun layihəsində siyasi mənsubiyyəti olan deputatlar maraqlı olmalıdır. Bu barədə Publika.Az-a açıqlamasında Milli Məclisin Hüquq Siyasəti Komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.
“Mənim bu layihə barədə heç bir məlumatım, anlayışım yoxdur.
Əvvəlcə bu layihə komitəyə çıxarılmalı, müzakirə olunmalıdır. Hələ
bu baş verməyib. Qaldırılan məsələlər isə söz-söhbətdən başqa bir
şey deyil, konkret fikir bildirə bilmərəm. Mən bitərəf deputatları
təmsil edirəm, siyasi mənsubiyyəti olan deputatlar bunda daha
maraqlı olmalıdır”.
O qeyd edib ki, bu qanun layihəsinin beynəlxalq təşkilatlar
səviyyəsində də müzakirə olunduğundan məlumatı var və parlamentdən
kənar, siyasi partiyalarla birlikdə müzakirə də təşkil edilə
bilər.
“Lakin bu barədə dəqiq fikir demək hələ mümkün deyil. Amma ümid
edirəm ki, tezliklə belə bir qanun öz təsdiqini tapacaq”- o
bildirib.
Vətəndaş Hərməyliyi Partiyasının sədr müavini, millət vəkili Fəzail
İbrahimli isə deyib ki, bu məsələ ilə bağlı sualı partiya
sədrlərinə ünvanlandırmaq lazımdır.
“Hələ o layihədə olan məsələlərlə tanış deyiləm, layihə müzakirəyə
çıxarıldıqdan sonra mən də öz fikrimi deyəcəm. Hazırda heç bir
təsəvvürüm yoxdur”.
Rüfət Əhmədzadə
Publika.Az
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu