Nida.az
Erməni diasporunun 2015 planı ifşa olundu: “Ruhları oyandırın”
Erməni diasporunun 2015-ci ildə qondarma “erməni soyqırımı”nı tanıtmaq istiqamətdə təbliğat planlarından daha biri ifşa olunub.
Publika.az xəbər verir ki, Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə
Mücadilə Dərnəyinin (ASİMDER) Anadolu üzrə təmsilçisi İrfan Ermiş
ermənilərin səfərbərlik elan etdiklərini bildirib: “Dörd tərəfdən
“soyqırım” təbliğatını aparmaq istəyən ermənilər ABŞ, Fransa və
İran başqa olmaqla bir çox ölkədə qurduqları lobbilərlə siyasi
arenada zəfər çalmaq istəyirlər. Türkiyədə də qondarma “soyqırım”ın
təbliği üçün hər bir yola əl atırlar”.
Onun sözlərinə görə, Amerikada ermənilərdən ibarət “System of a
Down” rok qrupu “soyqırım” yalanlarını yaymaq üçün turneyə
hazırlaşır.
“Erməni olmalarına baxmayaraq, heç vaxt bu ölkədə konsert verməyən
bu qrup “Wake of the souls” - “Ruhları oyandırın” adlı musiqi
turnesinə çıxır. Mən bu turneyə qatılan hər kəsə səslənirəm.
1915-ci ildə erməni quldur dəstələrinin Türkiyədə, Azərbaycanda və
İranda törətdiyi qətliamlara baxsınlar. Türk, kürd, azəri demədən
hər kəsi qətlə yetirdilər. Erməni diasporu unutmasın ki, nə qədər
səfərbərlik elan etsələr də 2015-ci il onlar üçün boş bir ağac
qabığı kimi olacaq. Ermənilərin 1918-ci ildə törətdiklərini bir
kənara qoyuram, yaxın tarixdə Qarabağ və Xocalıda etdikləri
qətliamların qanı hələ qurumayıb”, - deyə İ. Ermiş bildirib.
Asif Nərimanlı
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA