Nida.az
Azər Qasımov: "İsrail qəzetlərindəki materiallar cəfəngiyatdır"
Publika.az Azərbaycan Prezidentinin mətbuat katibi
Azər Qasımovun AzərTAc-a müsahibəsini təqdim
edir:
- Azər müəllim, İsrail mətbu orqanlarında vaxtaşırı olaraq
Azərbaycana qarşı çox qərəzli yazılar dərc olunur. Elə bu
yaxınlarda ölkənin “Jerusalem Post”, eləcə də “Haaretz” kimi
aparıcı qəzetlərində ölkəmizlə bağlı heç bir əsası olmayan, böhtan
dolu məqalələr getmişdir. İsraildə hökumətlə kütləvi informasiya
vasitələri arasında münasibətləri nəzərə alsaq, bunu rəsmi
sifarişin icrası kimi dəyərləndirmək olar. Sizin bunlara
münasibətinizi bilmək istərdik.
- Bəli, siz qeyd etdiyiniz kimi, son vaxtlar İsrail mediasında
Azərbaycanla bağlı bu səpkili məqalələr vaxtaşırı dərc
olunmaqdadır. Doğrudan da, İsraildə hökumət-media münasibətlərini
nəzərə alanda görürsən ki, bunlar heç də təsadüfi deyil. Xüsusilə
rəsmi strukturların bu cür yazılarla bağlı bir dəfə də olsun belə
reaksiya verməməsi bunların rəsmi şəkildə sifariş xarakteri
daşıdığını deməyə əsas yaradır.
Mən “Haaretz” və “Jerusalem Post” qəzetlərində gedən məqalələrlə
bağlı onu bildirmək istəyirəm ki, olduqca qərəzli, jurnalist
etikasından tamamilə uzaq, böhtan xarakterli bu materiallar
cəfəngiyatdan başqa bir şey deyildir. Heç şübhəsiz ki, bu cür
yazılar son zamanlar anti-Azərbaycan kampaniyası aparan qüvvələr
tərəfindən maliyyələşdirilmiş və tam sifariş xarakteri daşıyır.
Xədicə İsmayılovanın hüquqlarını guya müdafiə etmək məqsədi daşıyan
bu məqalələr, əslində, Azərbaycanda gedən ümumi inkişaf
proseslərinə qara yaxmaqdan başqa bir şey deyildir. Yaxşı olardı
ki, bu məqalələrin müəllifləri öz ölkələrində insan haqları, söz və
vicdan azadlığı, ümumilikdə demokratik prinsiplərin pozulması və
digər mənfi hallara diqqət yetirsinlər.
Əslində, İsrailin özündə jurnalistlərin fəaliyyəti ilə bağlı
vəziyyət olduqca acınacaqlıdır. Beynəlxalq təşkilatların
hesabatlarına diqqət etsək görərik ki, İsrailin güc strukturları
tərəfindən jurnalistlərlə amansız rəftar, onların həbs olunması və
döyülməsi faktları mütəmadi olaraq qeydə alınır. Təkcə bu ilki
hadisələrə nəzər salaq.
2014-cü ilin martın 7-də “France Press” Agentliyinin nümayəndəsinə
qarşı qəsd olunarkən güc strukturlarının nümayəndələri buna sadəcə
seyrçi qalmaqla kifayətlənmişlər. 2014-cü ilin martın 11-də güc
strukturları jurnalistlərə nümayişi lentə almağa icazə verməyərək
onlara atəş açmışdır. “Associated Press”in verdiyi məlumata görə
elə həmin gün Qüdsdə etirazları çəkmək istəyən 2 jurnalistin
həyatına qəsd edilmişdir. “Reuters” və “Associated Press”in
əməkdaşları qəddarcasına döyülmüşlər.
İsraildə mətbuata tez-tez senzuranın tətbiq edilməsi,
jurnalistlərin azad gediş-gəlişinə məhdudiyyətlərin qoyulması kimi
faktları da buraya əlavə etmək olar. Maraqlıdır ki, Dünya Mətbuat
Azadlığı İndeksinə görə, İsrail 2004-cü ildəki 36-cı yerdən 2013-cü
ildə 112-ci yerə düşmüşdür. Ölkədə hakimiyyətin ən yüksək
dairələrində ciddi korrupsiya hallarının baş verməsi ilə bağlı
mütəmadi olaraq məlumatlar yayılır. İsraildə vətəndaşların bərabər
imkanlardan, o cümlədən təhsil imkanlarından məhrum edilməsi,
sosial diskriminasiya halları da cəmiyyəti ciddi narahat edən
problemlərdəndir.
Mən hesab edirəm ki, bu məqalələrin müəllifləri və bu yazıların
arxasında duranlar, əslində, İsrail dövlətinin özünün beynəlxalq
imicinə ciddi zərbə vururlar. İsrail hökuməti həmişə Azərbaycanla
yaxşı əməkdaşlıq münasibətləri qurmağa çalışdığını bəyan edir. Bu
məqalələrin sifarişçiləri, heç şübhəsiz, İsrail-Azərbaycan
münasibətlərinə xələl gətirməyi qarşılarına məqsəd qoymuşlar. Onlar
beynəlxalq aləmdə Azərbaycanın möhkəmlənən mövqelərini,
demokratiyanın təmin olunması sahəsində əldə etdiyi böyük uğurları,
bir çox ölkələrə nümunə ola biləcək tolerantlıq və multikulturalizm
ənənələrini gözü götürməyən qüvvələrdir. Azərbaycan müstəqil xarici
siyasət həyata keçirir və təcavüzkar Ermənistan istisna olmaqla,
bütün dövlətlərlə uğurlu, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan
münasibətlər qurur. Bu da öz növbəsində, yuxarıda adı gedən
yazıların arxasında duran qüvvələri ciddi narahat edir. Onlar
bilməlidirlər ki, bu cür səylər boş xülyadan başqa bir şey
deyildir.
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA