Nida.az
Azərbaycanda dini vəziyyət qiymətləndirildi
Bu gün Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2014-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Trend-in Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müşavirədə Dövlət Komitəsinin Mərkəzi Aparatı ilə yanaşı, bölgə şöbə müdirləri də iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, 2014-cü ili
ümumilikdə ölkəmiz üçün müsbət qiymətləndirib, cari ilin Komitə
üçün çox məhsuldar olduğunu vurğulayıb. O, maarifləndirmə məqsədi
ilə keçirilən və ölkənin bütün regionlarını əhatə edən silsilə
tədbirlərin, beynəlxalq konfransların milli-mənəvi və dini
dəyərlərimizin, həmçinin Azərbaycanın tolerantlıq ənənələrinin
təbliği və təşviqi baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd
edib.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Dövlət Komitəsinin Əsasnaməsinə edilən əlavə və dəyişikliklər, eyni zamanda, dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı vəsaitin ayrılması ölkəmizdə dinə dövlət qayğısının bariz nümunəsidir. Lakin bütün bunlar Dövlət Komitəsinin əməkdaşlarının hüquq və vəzifələri ilə yanaşı, məsuliyyətini də artırır.
Müşavirədə bölgə şöbə müdirlərinin illik hesabatları dinlənilib.
Qeyd olunub ki, son aylarda Dövlət Komitəsinin bölgələrdə həyata
keçirdiyi maarifləndirmə tədbirlərinin çox böyük əhəmiyyəti var və
insanlar bu cür tədbirlərin növbəti ildə də davam etdirilməsini
arzu edirlər.
Daha sonra Dövlət Komitəsinin 2015-ci il üçün fəaliyyət planı
müzakirə olub. Qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem
və perspektivlər geniş müzakirə edilib. Müşavirə iştirakçıları qeyd
ediblər ki, dövlətin din siyasətinin həyata keçirilməsində, radikal
dini qrupların ideyalarının yayılmasının qarşısının alınması
məqsədilə maarifləndirici tədbirlərin görülməsində, ölkəmizin
tolerant mühitinin qorunub saxlanmasında, milli-mənəvi
dəyərlərimizin təbliği və təşviqi işinin təşkilində bundan sonra da
üzərilərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcəklər.
Müşavirənin sonunda Dövlət Komitəsinin sədri M.Qurbanlı Komitə
əməkdaşlarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara xoş
arzularını bildirib.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?