Nida.az
Elmira Süleymanova: “Şikayət daxil olmayıb”
“Ofisimizin 41 əməkdaşı 50 dairə üzrə müşahidələr aparır. İndiyə qədər bizə heç bir şikayət daxil olmayıb”.
Publika.az xəbər verir ki, bu barədə Ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlaqmasında deyib.
Ombudsman şikayətlərin olacağını da istisna etməyib: “Adətən,
seçkidən sonra bizə müraciətlər olur, müəyyən qanun pozuntuları
haqda şikayətlər daxil olur. Biz buna müvafiq qaydada baxırıq və
MSK-ya ünvanlayırıq. İndiyə qədər heç bir şikayət cavabsız
qalmayıb. Hesab edirik ki, seçki prosesi daha azad və şəffaf
formada təşkil olunmalıdır. Hər hansı şəxsin bu prosesə müdaxiləsi
yolverilməzdir”.
E. Süleymanova cəzaçəkmə müəssisələrində məhbusların səsverməsi
haqda da danışıb.
“Bizim əməkdaşlarımız Qobustan cəzaçəkmə müəssisələrində səsvermə
prosesini izləyib. Məhkumlardan da hər hansı bir narazılıq, şikayət
daxil olmayıb. Eyni zamanda, hərbi hissələrdə də müşahidələr
aparmışıq. Orda da hər şey normal məcrada davam edir”, - deyə
ombudsman bildirib.
E. Süleymanova bələdiyyələrin fəaliyyətinə də toxunub. Onun
sözlərinə görə, müəyyən islahatlardan daha aktiv və səmərəli
işləyən bələdiyyə institutu formalaşmaqdadır: “Bəzən dövlətin
bələdiyyələrə maliyyə yardımı ayırması haqda təkliflər
səsləndirilir. Özünüidarəetmə institutunda belə bir şey olmur. Əgər
bələdiyyənin işi düzgün qurularsa, icmalar daha tələbkar olarsa, o
zaman hər şey öz həllini tapar. Hər bir icma bələdiyyədən hesabat
tələb etmək haqqına sahibdir”.
Asif Nərimanlı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ