Nida.az
Nadir Şəfiyev: “Prezident İlham Əliyev siyasətinin nəticəsidir ki..." - VİDEO
Ukrayna ətrafında cərəyan edən hadisələr Rusiyanı təhlükəli duruma gətirib çıxarıb. Rusiyanın Avrasiya İttifaqı çərçivəsində ətrafına yığdığı dövlətlər isə bu ölkəyə dayaq dura biləcək ölkələr deyil.
Publika.az-ın məlumatına görə, bunu siyasi şərhçi, politoloq Nadir Şəfiyev bəyan edib. Şərhçinin sözlərinə görə, bir neçə il öncə məhz Ukrayna deyil, onun əvəzində Azərbaycanın qərblə Rusiya arasında qarşıdurma meydanına çevrilməyəcəyinə heç kim zəmanət verə bilməzdi. Həmçinin qərblə Rusiya arasındakı qarşıdurmanın mərkəzində Ukrayna olacağını heç kim proqnozlaşdıra biməzdi.
“Qafqazın barıt çəlləyi olmasını isə hamı söyləyirdi və bu regionda
vəziyyətin stabil olması Azərbaycan tərəfindən yürüdülən siyasətin
nəticəsi idi”-deyən politoloq hesab edir ki, Azərbaycanın siyasətdə
və iqtisadiyyatda həyata keçirdiyi addımlar Qafqazda gözlənilən
partlayışın qarşısını aldı. Nəticədə Qafqaz sabit inkişaf mərkəzinə
çevrildi.
N.Şəfiyevin sözlərinə görə, Ukrayna isə hazırda böyük qırğınla
üz-üzədir. Ölkə vətəndaşları bir-biri ilə döyüşür. Bütün bunlar
Ukrayna xalqının iki nəhəng qüvvənin qarşıdurması fonunda
parçalanmasına səbəb olub.
Politoloqun sözlərinə görə, Azərbaycanda həyata keçirilən siyasət
bir sıra dünya güc mərkəzlərinə belə sabitliyi pozmağa imkan
vermir. “Azərbaycanın bu yolu qoruyub saxlamasının və lider dövlət
olaraq bölgədə inkişafa nail olması, digər ölkələrin də rifahına
təkan verməsi həyata keçirilən siyasətin nəticəsidir və bu
siyasətin başında Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev durur”- deyə siyasi şərhçi vurğulayıb.
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”