Nida.az
2015-ci ildə Qarabağın taleyi necə olacaq? - PROQNOZ
“2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı alternativ ssenarilər işə salınacaq. Güman ki, danışıqlar prosesi cari sənədlər üzrə aparılacaq, lakin bunun fonunda əlavə yollar da axtarılacaq”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksandr
Markarov deyib.
Onun fikrincə, münaqişənin həllində iştirak edən hər kəs uyğun olan
alternativ variantı tapmaqda maraqlıdır: “Lakin 2015-ci ildə
münaqişəni nizama salmaq olduqca çətin olacaq. Buna beynəlxalq
situasiya da imkan vermir. Əsas istiqamət təmas xəttində
gərginliyin azaldılması olacaq və tərəflər danışıqlar prosesini
davam etdirməyə çalışacaqlar. Pozitiv qərarların olması isə sual
altındadır”.
A. Markarov qeyd edib ki, 2014-cü il Dağlıq Qarabağ danışıqlarında
aktivlik müşahidə olundu: “Buna paralel olaraq, gərginlik də yüksək
səviyyədə idi. Xüsusilə yay aylarında baş verən qarşıdurma və
Ermənistan helikopterinin vurulması buna misal ola bilər. Hətta
ATƏT-in Bazel toplantısında Azərbaycan və Ermənistan xarici işlər
nazirləri görüşmədilər. Lakin 2014-cü il müharibə variantının
uğurlu olmadığını göstərdi”.
Asif Nərimanlı
Oxumağa davam et
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı