Azərbaycan peyki uğrunda Vaşinqton-Brüssel müharibəsi
Bizi izləyin

Nida.az

Azərbaycan peyki uğrunda Vaşinqton-Brüssel müharibəsi

Amerikalılar Azərbaycan peykinin orbitə buraxılmasında Avropa Birliyi şirkətlərinin iştirakından narahatdır.

Publika.az xəbər verir ki, ABŞ-ın “The Hill” nəşri Vaşinqtonu kosmik müqavilələr uğrunda mübarizə aparmamaqda günahlandırıb: “Beləliklə, ABŞ milyonlarla pul itirir. Ən aktual məqam Azərbaycanla bağlıdır. 2013-cü ildə birinci ABŞ istehsalı olan telekommunikasiya peykini işə salmış qərbyönümlü müttəfiq bunun üçün 120 milyon pul xərclədi. Dövlət Departamentinin səbəb olduğu maneələrə və bürokratizminə görə, Azərbaycan kosmik sahədə müqavilələrini Avropa şirkətləri ilə bağladı. Bu işdə Fransa önə çıxdı. Ardınca alman şirkətləri oyuna girdi. Bakı öz uğuruna kifayət qədər pul xərclədi. Bu prosesdə ABŞ və Avropanın fərqi açıq şəkildə görünür. Avropalılar daha çox biznesmen olaraq davrandılar və Azərbaycana inadkarcasına nəvaziş göstərdilər. Beləliklə, burda Avropa Birliyi şirkətləri qələbə çaldı, ABŞ şirkətləri isə itki verdi”.

Nəşr ironiya ilə bunun üçün Dövlət Departamentinə təşəkkür edib. Çünki “The Hill” Azərbaycanla münasibətlərin pozulmasında Dövlət Departamentinin bürokratizmini səbəb göstərir.


Ardınca Vaşinqtonu 2015-ci ili növbəti fürsət olaraq dəyərləndirməyə çağırır.


“2015-ci ildə Azərbaycan digər telekommunikasiya peykini işə salacaq. Avropanın Azərbaycan biznes səhnəsində qələbəsini aradan götürmək üçün bu amerikalılar üçün fürsətdir”, - deyə nəşr qeyd edir.


Qeyd edək ki, 2013-cü ilin 8 fevralında ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfində STAR-2 platforması əsasında hazırlanmış “Azerspace-1” peyki orbitə Fransanın “Arianespace” şirkətinin yüksək etibarlılığı ilə seçilən “Ariane-5” daşıyıcı raketi ilə buraxılıb.

Azərbaycan bu il növbəti peykini orbitə buraxmaq niyyətindədir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm