Nida.az
Ərəb Liqasının sabiq lideri Bakıya gələcək
Ərəb Liqasının sabiq rəhbəri (2001-2011), tanınmış misirli diplomat Əmr Musa bu ilin aprel ayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Bakıda təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcək.
Publika.az-ın məlumatına görə, Qahirədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyi ilə keçirilən görüşdə diplomat Əmr Musa Azərbaycanda “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunmuş beynəlxalq forumun keçirilməsinin önəmini vurğulayıb. Əmr Musa bildirib ki, xüsusilə dünyanın ən nüfuzlu siyasətçilərinin iştirakı toplantının qlobal əhəmiyyətini daha da artırır.
Qeyd edək ki, ərəb dünyasının nüfuzlu siyasi xadimlərindən sayılan Əmr Musa 1991-2001-ci illərdə Misir Ərəb Respublikasının xarici işlər naziri vəzifəsində çalışıb. Əmr Musa 2013-cü ildə prezidentliyə namizəd olub, sonradan isə Misir Konstitusiyasına dəyişiklik komissiyasının rəhbəri təyin edilib. Ərəb diplomat müxtəlif illərdə Misirin İsveçdə, Hindistanda fövqəladə və səlahiyyətli səfiri, həmçinin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri olub.
-
Rəsmi xronika15:10
İlham Əliyev qəbul keçirdi - Yeniləndi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər - VİDEO
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO