Nida.az
ABŞ-dakı səfirimizdən Kramerə cavab: “Dezinformasiya üsulları dəyişməyib”
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bu ölkənin “The Wall Street Journal” nəşrində “Freedom House” təşkilatının keçmiş rəhbəri, Vaşinqtondakı Makkeyn İnstitutunun direktoru Devid Kramerin “Azadlıq” radiosunun Bakı bürosu ilə bağlı rəsmi Bakıya qarşı səsləndirdiyi ittihamlara cavab verib.
Publika.az xəbər verir ki, E. Süleymanov D.
Kramerin Azərbaycana qarşı apardığı kampaniyaya toxunaraq, bu
şəxsin rəsmi Bakıya qarşı daim eyni mövqedən çıxış etdiyini
bildirib.
“Bu, mənim ölkəmin strateji əhəmiyyətini ön plana çıxarır. Lakin
son hadisələr “strateji korluğun” olduğunu göstərdi və şəxsi
emosiyaların ABŞ-ın milli maraqlarını üstələdiyini ortaya qoydu”, -
deyə o qeyd edib.
Səfir Kramerin müdafiə etdiyi Leyla Yunusa, eləcə də “Azadlıq
radiosu” məsələsinə toxunub: “Kramerin müdafiə etməyə çalışdığı
Leyla Yunus beynəlxalq həkim briqadası tərəfindən müayinə olunaraq
sağlam hesab edildi. “Azadlıq” radiosunun Bakı bürosu
əməkdaşlarının dindirilməsi isə bu KİV-in qaranlıq maliyyə
idarəçiliyi ilə bağlıdır. Bu gün Azərbaycanda aparılan istintaqın
ABŞ-a qarşı meydan oxumaq şəklində qiymətləndirilməsi sovet
dövründə “əzilən, məsum ABŞ kommunistləri”nin azad edilməsi uğrunda
kampaniyanı xatırladır. SSRİ-də yaşamış biri kimi mən bir neçə
onillik ərzində ideoloji dezinformasiya kampaniyalarının
metodlarının dəyişməz qaldığını təəssüflə deyə bilərəm”.
Qeyd edək ki, Kramer Obama Administrasiyasını rəsmi Bakıya qarşı
sanksiyalara çağırıb. O, Azərbaycana qarşı “Maqnistki qanunu”nu
tətbiqini, eləcə də bu il Bakıda keçiriləcək I Avropa Yay Olimpiya
Oyunlarını boykot etməyi təklif edib.
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı