Nida.az
Prezident Nazirlər Kabinetinin iclasını keçirib
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, “Ötən il dünyada və bölgədə bir sıra proseslərin getməsinə
baxmayaraq, Azərbaycan özünün sürətli inkişaf tempini saxladı,
xalqımız 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşadı”,- deyən
Prezident İlham Əliyev bildirdi ki, müstəqillik və inkişaf yolu ilə
gedən ölkəmizdə xalqla iqtidar arasında möhkəm birlik var.
Keçən il ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini,
ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq,
iqtisadiyyatımızın 3 faiz, qeyri-neft sektorunun isə 7 faiz
artdığını deyən Prezident İlham Əliyev 2014-cü ildə infilyasiyanın
1,4 faiz olduğunu, əhalinin pul gəlirlərinin 4,8 faiz artdığını
söylədi. Prezident qeyd etdi ki, bu dövrdə ölkə iqtisadiyyatına 27
milyard dollar investisiya qoyulub, onun da 16 milyard dolları
daxili sərmayələrdir. Manatın məzənnəsi sabitdir, valyuta
ehtiyatlarımız isə artaraq 50 milyard dolları keçib.
2014-cü ildə ölkədə 30-dan çox sənaye müəssisinin yaradıldığını,
xeyli yeni iş yerlərinin açıldığını deyən Prezident İlham Əliyev
bir neçə nəhəng layihənin də icra olunduğunu, Azərbaycanın yer
səthini müşahidə edən ikinci peykinin orbitə buraxıldığını
bildirdi. Düşünülmüş iqtisadiyyatın verdiyi imkanlardan
yararlanaraq sosial sahənin inkişafına diqqətin artırıldığını
diqqətə çatdıran dövlətimizin başçısı 2014-cü ildə 60-dan çox tibb
mərkəzinin, 50-dən artıq məktəbin tikilib istifadəyə verildiyini,
ölkə əhalisinin 116 min nəfər artdığını, “ASAN xidmət” in uğurla
fəaliyyət göstərdiyini, yarandığı gündən bu quruma 3 milyon 500 min
müraciətin daxil olduğunu vurğuladı. Prezident İlham Əliyev ötən il
Azərbaycanın beynəlxalq əlaqələrinin də uğurlu olduğunu dedi,
ölkəmizin ikitərəfli və çoxtərəfli formatda fəal xarici siyasət
yürütdüyünü bildirdi. “Azərbaycan dünyada böyük hörmətə malikdir”,-
deyən dövlətimizin başçısı ölkəmizin regional məsələlərin həllində
də mühüm amil olduğunu diqqətə çatdırdı. Azərbaycanın beynəlxalq
təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyini bildirən
Prezident İlham Əliyev dedi ki, ölkəmizin müsbət imicini korlamaq,
beynəlxalq miqyasda Azərbaycana qarayaxma cəhdləri əbəsdir və heç
kim ölkəmizlə ultimatum dilində danışa bilməz.
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
toxunan Prezident İlham Əliyev təəssüflə qeyd etdi ki, 2014-cü ildə
də Ermənistan imitasiya taktikasına üstünlük verib və münaqişənin
həlli ilə bağlı heç bir konstruktiv addım atmayıb. Ötən il bir neçə
dəfə Ermənistanın açıq təxribatlara əl atdığını deyən dövlətimizin
başçısı bu cəhdlərin qarşısının ordumuz tərəfindən uğurla
alındığını, düşmənin böyük itki verdiyini bildirdi.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Baş nazirin
müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədri Əli Həsənov, Mərkəzi Bankın İdarə Heyətinin sədri
Elman Rüstəmov 2014-cü ildə əldə olunan sosial-iqtisadi nəticələr
və qarşıda duran vəzifələr barədə məruzə etdilər.
Yekun çıxışında “2014-cü ildə müşahidə olunan proseslər göstərir
ki, bu il dünya iqtisadiyyatı üçün çox ağır il olacaq”,- deyən
Prezident İlham Əliyev neftin qiymətinin aşağı düşməsi ilə 2015-ci
ili təbii sərvətlərlə zəngin olan ölkələr üçün bir sınaq dövrü kimi
xarakterizə etdi. “Lakin düşünülümüş iqtidadi siyasət,
şaxələndirilmə prosesi, xalqla iqtidar arasında olan birlik bu ilin
də xalqımız üçün uğurlu olacağına təminat verir”,- deyən Prezident
İlham Əliyev 2015-ci ildə qeyri-neft sektorunun inkişafının diqqət
mərkəzində saxlanmasının əhəmiyyətinə toxundu. Bildirdi ki,
sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi davam
etdirilməli, hər bir dövlət qurumunda idarəetmə prinsipləri
təkmilləşdirilməli, israfçılıq hallarının qarşısı alınmalıdır. Ölkə
üçün zəruri olan, iqtisadi və sosial əhəmiyyəti ilə seçilən
layihələrin icrasının davam etdiriləcəyini deyən dövlətimizin
başçısı hər bir rayonda sənaye mərkəzlərinin yaradılması ilə bağlı
tapşırıqların icrası, 2015-ci ildə böyük metallurgiya kompleksinin
tikintisi, dövlət investisiyalarının dayanıqlı inkişafa
yönəldilməsi, ekoloji məsələlərin həlli, nəqliyyat layihələrinin
icrasının davam etdirilməsi ilə bağlı fikirlərini bildirdi.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin artıq başa
çatdırıldığını, hava nəqliyyatı və gəmiçilik sahəsində də uğurlu
layihələr icra olunduğunu deyən Prezident İlham Əliyev ötən il
“Cənub” qaz dəhlizinin təməlini qoyulmasını tarixi hadisə
adlandırdı. Qeyd etdi ki, XXI əsrin layihəsi olan “Cənub” qaz
dəhlizinin icrası ölkəmizin inkişafında mühüm mərhələ olacaq.
Dövlətimizin başçısı bir neçə aydan sonra Bakıda keçiriləcək ilk
Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını,
Təşkilat Komitəsinin fəal işlədiyini bildirdi. “Avropa Oyunlarının
standartları Bakıda müəyyən olunacaq”,- deyən Prezident İlham
Əliyev qeyd etdi ki, bu, sadəcə idman tədbiri deyil, idmançıların
və qonaqların ölkəmizlə, burada gedən inkişaf prosesləri ilə tanış
olmaları baxımından mühüm fürsətdir.
-
Dünya12:56
Bu iki ölkənin Əsəd üçün “Sezar” planı: bölgədə hər şey dəyişəcək
-
Cənubi Qafqaz12:50
Paşinyan tapşırıq verdi: sensasion siyahı hazırlanır - Yeni qalmaqal olacaq
-
Nida Xəbər 12:23
ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi
-
İdman11:45
"Çelsi"nin əfsanəsi qızının çılpaq görüntülərindən narazılıq etdi: Ona deyirəm ki... - FOTO/VİDEO
-
Hadisə11:35
Sumqayıtda güclü partlayış: axtarış-xilasetmə əməliyyatı sona çatdırıldı - FOTO/VİDEO/YENİLƏNDİ
-
İqtisadi gündəm10:49
Qarşıdakı 3 ildə dolların məzənnəsi üçün proqnoz: Görün neçəyə olacaq
-
Dünya10:18
ABŞ bunu etsə, Zelenski gedəcək - Onu kim əvəz edəcək?
-
Avropa09:24
Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO