Nida.az
Qurban Qurbanovun yerinə şok təyinat – ÖZƏL
Ötən il vəzifəsindən uzaqlaşdırılan Dərbənd şəhər İcra Hakimiyyətinin keçmiş rəhbəri Qurban Qurbanovun yerinə təyinat olub.
Publika.az-ın Dərbənddəki mənbələrdən əldə etdiyi
məlumata görə, son 5 gündə Qurbanovu əvəzləyəcək iki təyinat
reallaşdırılıb.
Q. Qurbanov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onu Yəhya
Hacıyev əvəzləyirdi. Təqribən 5 gün öncə Əli Xasbulatov rayon icra
hakimiyyətinin rəhbərliyinə gətirilib. Dünən isə Dağıstan
rəhbərliyi gözlənilməz addım atıb.
Məlumata görə, dünən rayon rəhbərliyinə Azərbaycan əsilli
Məhəmməd Cəlilov təyin edilib. O, Dərbənd dəmiryol idarəsinin rəisi
vəzifəsini daşıyırmış.
Mənbə bir həftə içində iki təyinatın şəhərdə yaranmış
narazılıqla bağlı olduğunu bildirib: “Azərbaycanlılar rəhbərlikdən
ciddi şəkildə narazıdır. Qurbanovun yerinə başqa millətin
nümayəndəsini gətirmək hələlik səhv addım olardı. Ona görə də
Məhəmməd Cəlilov müvəqqəti olaraq rəhbər təyin edilib”.
Məlumatlara görə, 2015-ci ildə bu posta keçmiş ədliyyə naziri Azadi Rəhimov gətiriləcək.
Qeyd edək ki, Q. Qurbanovun səlahiyyətləri 2015-ci ildə bitirdi.
Lakin Dağıstan rəhbərliyi onu vaxtından əvvəl istefaya çağırdı.
Buna qarşı çıxdığı üçün ona iqtisadi cinayət açıldı. Hazırda
Qurbanov məhkəmənin qərarı ilə ev dustaqlığındadır.
Asif Nərimanlı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq