Nida.az
YAP-dan manatın cırılmasına sərt REAKSİYA
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Xəzər” televiziyasının aparıcıları olan Sevil-Sevinc bacılarının bu gün efirdə Azərbaycan manatını cırmalarına münasibət bildirib.
YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında teleaparıcıların bu hərəkətini pislədiyini söyləyib: “Bütün insanlar Azərbaycanın milli atributlarına hörmətlə yanaşmalıdır. Azərbaycan dövlətinin bayrağına, gerbinə, himninə, milli manatına, həmçinin müqəddəs kitablara, o cümlədən Qurani-Kərimə hörmətlə yanaşmaq lazımdır. Çünki bu, hər bir vətəndaşımızın borcudur. Hər bir dövlət üçün müqəddəs və toxunulmaz hesab olunan məsələlərə ehtiyatla yanaşılmalıdır. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan manatının efirdə cırılması yolverilməzdir.
Vaxtilə Yeni Azərbaycan Partiyası parlamentdə məsələ qaldırdı ki, toy-nişanlarda yerə səpilən pullarla bağlı adət ləğv edilsin. Çünki yerə səpilən həmin pullar Azərbaycanın milli manatı idi. Bu isə doğru deyil idi. O zaman biz çıxış etdik və məsələ qaldırdıq ki, manat Azərbaycanın atributudur, pulu yerə səpmək olmaz. Gördüyünüz kimi, o zaman bizim qaldırdığımız bu məsələ bu gün öz həllini tapıb, artıq toylarda pul səpilmir”.
Xatırladaq ki, bu gün “Xəzər” televiziyasında yayımlanan “Hər şey daxil” verilişində dövlətimizi və millətimizi təhqir edən hərəkətə yol verilib. Belə ki, verilişin aparıcıları olan əkiz Sevil-Sevinc müğənni bacılarından biri kadr arxasından verilən Azərbaycan manatını alaraq digər əkizinə ötürüb. Digər bacı isə manatı cırıb.
Vasif Həsənli
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...