Nida.az
Prezident Qətər səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın
24-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və
səlahiyyətli səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidənin
etimadnaməsini qəbul edib.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə etimadnaməsini Prezident
İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Diplomat Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al
Taninin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanda
diplomatik fəaliyyətə başlamasından qürur hissi keçirdiyini deyən
səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf
etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan ilə Qətər arasında ikitərəfli
əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd etdi. Qətər
Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani ilə
ötənilki görüşünü və ikitərəfli əməkdaşlıq məsələlərinə dair
aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayan Prezident
İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək
səviyyəli görüşlərin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında
siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən dövlətimizin
başçısı əməkdaşlığımızın iqtisadi, turizm, birgə investisiya
qoyuluşu və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı
imkanların mövcudluğunu bildirdi.
Prezident İlham Əliyev Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin
salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını
Qətər Dövlətinin başçısına çatdırmağı xahiş etdi.
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ