Nida.az
Faiq Qurbanov: “Yeni strategiya bəzi narazı gəncləri də əhatə edəcək”
“Azərbaycanda gənclər siyasəti uğurla və yüksələn xətt üzrə davam edir. İnkişaf və irəliləyiş olan yerdə problemlərin olması qaçılmazdır”.
Bu sözləri Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon gənclər birliyinin sədr müavini Faiq Qurbanov bildirib.
Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev tərəfindən təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın tətbiqi gənclərin mövcud problemlərinin həllində mühüm rol oynayacaq.
F.Qurbanov deyib ki, bundan əvvəl həyata keçirilən proqramların davamı olaraq burada da gənclərin inkişafına mane olacaq müxtəlif problemlərin həlli istiqamətləri nəzərə alınıb:
“Həm vətənimizdə, həm də xaricdə oxuyan və ya işləyən gənclər də bu strategiyadan yararlana biləcəklər. Strategiyanın məqsədlərinə nəzər salsaq görərik ki, gənclərin maarifləndirilməsilə yanaşı, onların fərdi inkişafını əhatə edən bütün məsələlər qeyd edilib. Ölkəmizdə həyata keçirilən siyasət nəticəsində gənclər vətənimiz Azərbaycanın inkişafina öz töhfələrini verir və dövlətimizdə gedən bütün siyasi və ictimai proseslərə yaxından cəlb olunurlar. Yeni tətbiq olunacaq strategiya, bu hərəkatdan kənarda qalan bəzi narazı gəncləri də əhatə edərək, onların da cəmiyyət üçün xeyirli vətəndaş kimi formalaşmasına xidmət edəcək.
Bu tip proqramların dövlətimiz tərəfindən tətbiqi sayəsində Vətənini və xalqını düşünən, vətənpərvərlik hisslərini ortaya qoyan, harada olmasından asılı olmayaraq canı və qanı ilə vətənini fikirləşən sağlam düşüncəli gəncliyin yetişməsinə xidmət edir”.
Vasif Həsənli
-
Region04:44Güclü zəlzələ Aralıq dənizini çalxaladı
-
İdman03:43Çempionlar Liqasının ən yaxşı on qolu - Video
-
Dünya03:13Hindistanda üçmərtəbəli bina çökdü - 20 nəfər dağıntılar altında qaldı
-
Magazin201:11Məşhur müğənni 48 yaşında vəfat etdi - Foto
-
Art00:45"Oğlum məni görəndə qorxub ağladı, elə bildi ki..." - Video
-
Qoroskop00:00Günün ulduz falı - Taleyin dərin qatları dəyişməyə başlayır
-
İdman7 Fevral 22:12"Barselona" Superliqadan getdi
-
Sosial7 Fevral 22:00AZTV-nin sədr müavininə ağır itki










.jpg)
.jpg)






















