Hadisə
Xaçmazda 20 kiloqram fındıq oğurlayan yeniyetməyə hökm oxundu
Xaçmaz rayonunda fərdi yaşayış evinin həyətində yerləşən anbardan velosiped və fındıq oğurlanması faktı ilə bağlı məhkəmə araşdırması aparılıb.
Publika.az xəbər verir ki, hadisə 2025-ci ilin oktyabr ayının əvvəllərində Xaçmaz rayonunun kəndlərinin birində baş verib.
Məlumata görə, 2009-cu il təvəllüdlü Seymur (adlar şərti verilib - red.) oğurluq məqsədilə zərərçəkmiş Məlikə məxsus fərdi yaşayış evinin həyətinə daxil olub. O, əvvəlcə evdə heç kəsin olmadığına əmin olduqdan sonra dəmir torlu hasardan aşaraq həyətyanı sahəyə keçib və anbar kimi istifadə olunan tikilinin pəncərəsindən içəri daxil olub.
Həmin anbardan 2381 manat dəyərində "Stark" markalı "Destroyer" tipli velosiped götürərək hadisə yerindən uzaqlaşıb.
Bundan bir neçə gün sonra isə Seymur eyni niyyətlə yenidən həmin ünvana gələrək anbardan təxminən 20 kiloqram çəkidə, 150 manat dəyərində bir kisə fındıq oğurlayıb. O, fındığı sonradan Xaçmaz–Xudat yolu kənarında yerləşən fındıq qəbulu məntəqəsində 130 manata satıb.
Seymur məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, velosipedi oğurladıqdan bir neçə gün sonra yenidən həmin yerdən oğurluq etmək qərarına gəlib. Seymur törətdiyi əməldən peşman olduğunu və zərərçəkmişə vurulan ziyanı ödədiyini deyib.
Zərərçəkmiş şəxs isə hadisə nəticəsində ona ümumilikdə 2531 manat maddi ziyan dəydiyini bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 (təkrar oğurluq) və 177.2.3 (başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq) maddələri ilə təqsirli bilinib.
Qərara əsasən, ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Hökmə görə, təqsirləndirilən şəxs cəza müddətində hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsi daşımalı, Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməməli, həmçinin məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməməli və iş və ya təhsil yerini dəyişdirəcəyi halda əvvəlcədən nəzarət orqanına məlumat verməlidir.
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov





































