Ekologiya
Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
Şimaldan soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti kəskin dəyişəcək.
Publika.az bildirir ki, bu barədə Azərtac-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
"Martın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz saatlarında arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın maksimal temperaturunun 6-10 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də martın 7-si qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraiti qeyri-sabit keçəcək. Bəzi yerlərdə arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək", - deyə G.Məmmədova qeyd edib
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı






















.webp)













.jpg)

