Qubad İbadoğlu və Ellada Məmmədliyə XƏBƏRDARLIQ
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu və Ellada Məmmədliyə XƏBƏRDARLIQ

Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu və Partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədliyə xəbərdarlıq edilib.


Partiyadan Publika.az-a verilən məlumata görə, bu barədə qərar Divanın bu gün keçirilən toplantısında qəbul edilib.

E. Məmmədli Divanın iclasında iştirak edib və ona suallar ünvanlanıb. Ona nizamnamə çərçivəsində xəbərdarlıq edilib.

Divanda Q. İbadoğlunun da məsələsi müzakirəyə çıxarılıb. Onun Divana üzrsüz səbəbdən gəlməməsi hörmətsizlik kimi qəbul edilib.

Q. İbadoğluna növbəti toplantıya qatılması haqda xəbərdarlıq edilib. Onun haqda nizamnamə çərçivəsində qərar qəbul olunacaq.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm