Nida.az
Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlər müzakirə edilib
12-14 fevral 2014-cü il tarixlərində Azərbaycan
Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov,
İqtisadiyyat və Sənaye Nazirinin müavini Niyazi Səfərov Azərbaycan
və Polşa arasında dövlətlərarası məsləhətləşmələrin növbəti
raundunun keçirilməsi məqsədilə Varşavaya səfər
ediblər.
Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə,
Azərbaycan Respublikasının nümayəndə heyəti Polşanın rəsmi şəxsləri
ilə, o cümlədən Baş Nazirin müavini, İqtisadiyyat Naziri Yanuş
Piexoçinski, Xarici İşlər Naziri Radoslav Sikorski, Prezident
Administrasiyasının Beynəlxalq məsələlər üzrə naziri Yaromir
Sokolovski, Xarici İşlər Nazirinin müavini Katajına
Pelçinska-Nalenç, İqtisadiyyat Nazirinin müavini Andjey Dıxa, Polşa
İşəgötürənlər təşkilatının sədri Andjey Malinovski ilə görüşlər
keçiriblər.
Keçirilmiş görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi,
humanitar sahələr üzrə münasibətlərimizin hazırkı vəziyyəti və daha
da inkişaf etdirilməsi perspektivləri, qarşılıqlı rəsmi səfərlər,
regionda cərəyan edən proseslər müzakirə edilib. Həmçinin
Dövlətlərarası Müştərək Komissiyanın Bakıda keçirilməsi nəzərdə
tutulan növbəti iclasına hazırlıq məsələləri də tərəflər arasında
geniş müzakirə edilib.
Səfər çərçivəsində Polşadakı Səfirliyimizin və PR İqtisadiyyat
Nazirliyinin təşkilatçılığı ilə Polşanın müxtəlif istehsal
sahələrini təmsil edən qırxdan artıq şirkət nümayəndəsinin iştirakı
ilə dəyirmi masa keçirilib. Nazir müavini N.Səfərov Azərbaycan
Respublikasının biznes mühüti, ölkəmizin iqtisadi inkişaf
proqramları, bu sahədə çalışan şirkətlərə dövlət qayğısından söz
açmışdır. Dəyirmi masa zamanı Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbabaycan
haqqında təqdimat keçirib. Dəyirmi masa iştirakçıları ilə geniş
fikir mübadiləsi aparılıb, yerli şirkətləri maraqlandıran suallar
cavablandırılıb.
Görüşlərdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı
Fövqəladə və Səlahiyyətli səfiri Həsən Həsənov iştirak edib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu