Nida.az
İlham Əliyev Qırğızıstanın yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranovun etimadnaməsini qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, səfir Aycigit
Buranov fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Aycigit Buranov etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında siyasi əlaqələrin
səviyyəsinin razılıq doğurduğu bildirildi, ikitərəfli
münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli
görüşlərin önəmi qeyd olundu, iqtisadi, ticarət və digər sahələrdə
əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə Qırğızıstanın tərəfdaş və dost ölkələr
olduğu bildirildi və əlaqələrin müxtəlif sahələrdə inkişaf
etdirilməsi üçün qarşılıqlı marağın mövcud olmasının önəmi qeyd
edildi.
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı