Əli Əhmədov parlament seçkisi ilə bağlı mesaj verdi
Bizi izləyin

Nida.az

Əli Əhmədov parlament seçkisi ilə bağlı mesaj verdi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanın şəhər və rayon təşkilatları sədrlərinin Ümumrespublika müşavirəsində Baş nazirin müavini, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov ölkədə bu il keçiriləcək parlament seçkisi ilə bağlı mesajlar verib.

Trend-in məlumatına görə, müşavirədə başlıca olaraq iki məsələ müzakirə olunacaq: “Bura YAP Gənclər Birliyinin konfransına hazırlıq və bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək Parlament seçkilərinə ilkin hazırlıq məsələləri daxildir. Baxmayaraq ki, seçkilərə kifayət qədər vaxt var, amma biz hesab edirik ki, ənənəmizə uyğun olaraq seçki hazırlığına nə qədər tez başlasaq, seçki prosesində YAP-ın fəaliyyəti bir o qədər uğurlu və səmərəli ola bilər”.

YAP-ın sədr müavini Əli Əhmədov diqqətə çatdırıb ki, hər bir Azərbaycan vətəndaşı, seçicisi Prezident İlham Əliyevə inanır, ehtimad göstərir və onun həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir:

“O cümlədən regionların inkişafı ilə əlaqədar həyata keçirilən siyasət Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Təbii olaraq bütün bu amillər ötən il Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçicilərin rəyinin, qənaətinin formalaşmasına bilavasitə təsir etdi. Həqiqətən son illər dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində ölkədə mühüm dəyişikliklər baş verib. Bu dəyişikliklər bu gündə baş verməkdədir. Xüsusilə regionların inkişafı ilə əlaqədar əldə olunan nailiyyətlər xüsusilə böyük əhəmiyyət kəsb edir. Regionların siması dəyişir, eləcə də bölgələrdə yeni daha əlverişli sahibkarlıq mühiti yaranıb. Beləcə insanların həyat şəraitində böyük dəyişikliklər baş verib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm