Nida.az
Ermənilər də Sarkisyanı hərbi cinayətkar kimi tanıdı
“Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası vaxtından əvvəl başa çatıb. Bu işdə əməyi olan hər bir kəsə təşəkkür edirəm. Xüsusilə, səsvermə zamanı xüsusi fəallığı ilə seçilən Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinə, rabitə və təhsil işçilərinə bu səslərin qısa müddətdə toplanmasında göstərdikləri fədakarlığa görə minnətdarıq”.
Publika.az xəbər verir ki, bu barədə Prezident yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli
Məclisin deputatı Azay Quliyev “facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, şuranın başladığı bu kampaniyaya reaksiya tək
Azərbaycandan deyil, xarici ölkələrdən də gəlib.
“Avropanın əksər ölkələrindən, ABŞ-dan, hətta uzaq Avstraliyadan da
səsimizə səs verən əcnəbilər var. Bu əcnəbilər arasında tanınmış
şəxslər, siyasətçilər, jurnalistlər, ictimai-siyasi xadimlər,
mədəniyyət işçiləri, hətta keçmiş səfirlər və diplomatlar da var
idi. Təbii ki, burada diqqətimizi cəlb edən Sarkisyan rejimindən
bezmiş, sıravi Ermənistan vətəndaşlarının petisiya qoşulmaları
oldu. Bu onu sübut edir ki, əli Xocalı sakinlərinin, xüsusilə körpə
uşaqların, qadınların və ahıl insanların qanına batan Sarkisyanın
ədalət məhkəməsi qarşısında dayanmasını tək biz deyil, hətta sıravi
ermənilər də tələb edirlər”, - deyə millət vəkili qeyd edib.
A. Quliyev Azərbaycan xalqının başına gətirilmiş XX əsrin ən böyük
dəhşətlərindən olan Xocalı soyqırımında birbaşa, habelə dolayısı
ilə iştirak etmiş hər bir cinayətkarın gec-tez haqlı cəzasını
alacağına və ədalət mühakiməsi qarşısında cavab verəcəklərinə əmin
olduğunu bildirib.
Asif Nərimanlı
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ