Nida.az
Prezident Mingəçevirdə məcburi köçkünlər üçün salınan yaşayış kompleksində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirdə 594 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni
salınan yaşayış kompleksi barədə məlumat verdi. Bu məhəllə
Prezident İlham Əliyevin 2004-cü il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət
Proqramı”na Azərbaycan Prezidentinin 2007-ci il tarixli Sərəncamı
ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub.
Yeni yaşayış kompleksinə Mingəçevir şəhərində yataqxanalarda
müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.
Dövlətimizin başçısı 480 şagird yerlik məktəb binasında yaradılan
şəraitlə tanış oldu.
Yüksək keyfiyyətlə inşa olunan, müasir avadanlıqla təchiz edilən bu
təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.
Burada yeni yaşayış kompleksinin sxeminə və maketinə baxan
Prezident İlham Əliyevə məlumat verildi ki, 12 hektar sahəni əhatə
edən bu məhəllədə 596 ev, məktəb, 140 yerlik uşaq bağçası, tibb
məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib.
Dövlətimizin başçısı yaşayış kompleksinin uşaq bağçasında da oldu
və burada yaradılan şəraitlə maraqlandı. Qeyd olundu ki, uşaq
bağçasında da yüksək şərait yaradılıb.
Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə də tanış
oldu.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR