Xocalı faciəsi Ankarada anıldı - FOTOLAR
Bizi izləyin

Nida.az

Xocalı faciəsi Ankarada anıldı - FOTOLAR

Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Ankarada daha bir anım tədbiri təşkil olunub.

Publika.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Milli Məclisinin bir qrup deputatı, tanınmış ictimaiyyət və elm xadimləri, QHT rəhbərləri və tələbələr də iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Təhsil, Mədəniyyət və Əməkdaşlıq təşkilatının (AzeDer) və “İNDEX” İnsan Kapitalının İnkişaf Mərkəzinin rəhbəri Rəşad Abdullayev deyib ki, Xocalı faciəsi təkcə Azərbaycan və Türkiyə cəmiyyətinə qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş soyqırım aktıdır. Azərbaycanlıların Xocalı faciəsi ilə ağrı-acılarının dünyanın hər yerinə yayılmasının vacibliyini vurğulayan R.Abdullayev Xocalı qurbanlarının xatirəsini anmaq və günahkarların cəzalandırılması üçün dünyanı birliyə çağırıb: “Xocalı faciəsi dünyada bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli hadisələrdən biridir. Dünya ictimaiyyəti bu faciəni törədənləri qətiyyətlə pisləməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm