Nida.az
ABŞ kəşfiyyatından Azərbaycanla bağlı MÜHÜM PROQNOZ
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) leqal qolu hesab olunan “Stratfor” beyin mərkəzi qarşıdakı 10 il üçün geosiyasi proqnozlarla çıxış edib.
Publika.az xəbər verir ki, Azərbaycanla bağlı bir
sıra məqamların yer aldığı məqalədə yeni Qara dəniz ittifaqının
yaranacağı ehtimal olunur: “Bu ittifaq Azərbaycan və Xəzər dənizi
sahillərinə qədər genişlənə bilər. Lakin bunun necə olacağı Türkiyə
və Yaxın Şərqin gələcək taleyindən daha çox asılıdır. Suriya və
İraqın sabitləşməsinə həqiqətən də töhfə vermək imkanlarına bir
ölkə malikdir: Türkiyə. Hazırda Türkiyə Qafqazda və Qara dəniz
hövzəsində hər tərəfdən münaqişələrlə mühasirəyə alınıb. Türkiyə
Yaxın Şərqdə hələlik tam müstəqil siyasətə hazır deyil. Hesab etmək
olar ki, Ankara ABŞ-la əməkdaşlığa gedəcək. Bu əməkdaşlıq
Azərbaycan və Gürcüstanda güc balansının saxlanılmasına imkan
verəcək”.
“Stratfor” Türkiyənin yaxın 10 ildə böyük regional oyunçuya
çevriləcəyini, bunun Azərbaycan üçün arzuolunan nəticələrə səbəb
olacağını qeyd edib.
“Rusiya tənəzzülə uğrayacaq. Əgər ruslar siyasi, iqtisadi və hərbi
yolla uğurlu genişlənməyə nail olacaqsa, tənəzzüldən qaça bilərlər.
Lakin hələlik görünən ABŞ-ın bu oyundan qazanclı çıxacağıdır.
Amerikalılar ittifaq sistemini genişləndirməyə çalışacaq. NATO-ya
Baltikyanı ölkələrdən tutmuş Bolqarıstana qədər bacardıqca daha çox
ölkəni cəlb edəcəklər. Türkiyə ilə əlaqələr genişləndiriləcək və
onun vasitəsilə ittifaqa Azərbaycanı daxil etməyə cəhd
edəcəklər”.
Asif Nərimanlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ