Nida.az
Əli Həsənov: “Azərbaycanın inkişafının təməlində sabitlik dayanır” - MÜSAHİBƏ
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Azad Azərbaycan” televiziyasının “Həftə sonu” analitik informasiya proqramına müsahibə verib. Müsahibədə Prezident İlham Əliyevin Bolqarıstan səfəri, I Avropa Oyunlarına hazırlıq, iqtidar-müxalifət dialoqu, bəzi beynəlxalq qurumların Azərbaycana ikili yanaşması və s. məsələlər ətrafında söhbət aparılıb.
Publika.az “Kaspi.az”-a istinadən müsahibəni təqdim edir.
- Əvvəla, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
Eyni zamanda, sizi təbrik edirik. Cənab Prezident tərəfindən sizə
böyük etimad göstərildi, səlahiyyətləriniz
genişləndirildi.
- Təşəkkür edirəm. Əlbəttə, mən bu məsələyə heç cür münasibət
bildirə bilmərəm. 20 ilə yaxındır ki, Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə
rəhbərlik edirəm. Bu 20 il ərzində gördüyüm işlər, əlbəttə, həm
cəmiyyət üçün, həm də cənab Prezident üçün aydındır. Bizim
vəzifəmiz işləməkdir, rəhbərlik də bunu dəyərləndirir. Əlbəttə,
böyük etimaddır. İstər-istəməz, hər bir vəzifə, etimad əlavə
məsuliyyət, yük, əlavə zəhmət tələb edir. Heç bir iş zəhmətsiz başa
gəlmir. İctimai-siyasi sahə elədir ki, bütün gün ərzində işləmək
lazımdır. Yəni gəldim Administrasiyada 5-10 saat işlədim, bu,
yetərli deyil. Demək olar ki, insanın bütün zamanı ictimai-siyasi
proseslərin izlənməsinə, proqnozlaşdırılmasına,
proqramlaşdırılmasına və idarə olunmasına sərf olunur. Bu, elə-belə
sahə deyil. Azərbaycanın inkişafının təməlində sabitlik dayanır,
Azərbaycan xalqının maraqlarının düzgün dərk olunması,
proqramlaşdırılması və həyata keçirilməsi dayanır. Ona görə də
ictimai-siyasi iş də gün ərzində insanın vaxtını, o cümlədən
əməyini tələb edir. Və biz də bu sahədə bacardığımız işi
görürük.
- Əli müəllim, ölkədəki hazırkı ictimai-siyasi mühiti necə
qiymətləndirirsiniz?
- Azərbaycanın hakimiyyəti son iyirmi ildə yürütdüyü siyasətdə
xalqın maraqlarını, əhalinin istək və arzularını nəzərə alır.
Sabitliyi poza bilən iki amil ola bilər. Birinci amil ondan
ibarətdir ki, sabitliyin qarantı olan xalq mövcud hakimiyyətin
siyasətini dəstəkləmir və onun yürütdüyü siyasətə müxtəlif
səviyyələrdə narazılıq ifadə edir. Gördüyünüz kimi, bu, yoxdur. Bu
yoxdursa, deməli dövlət düzgün istiqamətdə öz siyasətini
formalaşdırır, Prezident və onun komandası Azərbaycan xalqının
maraq və mənafelərini düzgün nəzərə alır, dövlət nə etdiyini və
bunu həyata keçirməyin yollarını bilir və xalq tərəfindən
dəstəklənir.
Sabitliyin ikinci şərti ölkədəki mövcud ictimai-siyasi təşkilatlar, vətəndaş cəmiyyəti institutları, siyasi institutlar, milli, dini qurumlar və əhalinin digər kəsimləridir. Əgər bunların da maraqları dövlətin siyasətində öz əksini tapırsa və yürüdülən siyasət eyni zamanda hamının maraqlarını nəzərə alırsa, deməli buradan da dəstək var. Bildiyiniz kimi, Azərbaycanda vətəndaş cəmiyyəti institutları ilə mütəmadi olaraq dialoqlar aparırıq, onların fikirlərini, maraqlarını izləyirik, dinləyirik, ümumiləşdiririk. O cümlədən siyasi institutlar və digərlərinin də. Ona görə də Azərbaycanda ictimai-siyasi sabitlik, bu gün olduğu kimi, düşünürəm ki, gələcəkdə də qalacaqdır. Prezident İlham Əliyev və onun komandası Azərbaycan xalqının maraqlarını düzgün ifadə edir və xalq tərəfindən də dəstəklənir.
- Son aylarda siyasi partiyalarla iş daha da fəallaşıb.
Xüsusilə iqtidar-müxalifət dialoqunu buna misal göstərmək olar.
Amma təəssüflər olsun ki, müxalifətin radikal qanadı özünəqapanma
ilə məşğuldur. Bu isə əks effekt verir, daxili parçalanmaya səbəb
olur. Bu proseslərə münasibətiniz necədir?
- Mən əslində bu radikal kəsimin özünü proseslərdən kənarda
saxlamasına qiymət vermək istəmirəm. Cəmiyyətdə bu barədə açıq
müzakirələr gedib, hazırda da gedir və gələcəkdə də gedəcəkdir.
Azərbaycan cəmiyyətinin sabitliyində maraqlı olan bütün qüvvələr
buna münasibət bildiriblər. Ona görə də tərəf olaraq, biz
iqtidarıq. Mən iqtidarı o görüşlərdə, danışıqlarda təmsil edirəm.
İqtidar olaraq biz buna münasibət bildirmirik. Qoy cəmiyyət özü
münasibət bildirsin ki, nəyə görə onlar özlərini kənarda
saxlayırlar və bu kənarda qalma onların, cəmiyyətin xeyrinədir, ya
ziyanınadır.
Başqa məsələni demək istəyirəm. Cəmiyyətdə qarşılıqlı anlaşma
mühitinin qurulması iqtidarın mövcud siyasətidir. Prezident İlham
Əliyev hakimiyyətə gəldiyi gündən daxili qüvvələrlə, ictimai-siyasi
təşkilatlarla, QHT-lərlə, mətbuatla mütəmadi olaraq işçi dialoq
aparılıb. Bilirsiniz ki, Azərbaycan dövləti bunlarsız ölkənin
gələcəyini təsəvvür etmir. Mən il ərzində həm QHT-lərlə, həm
mətbuat nümayəndələri ilə, həm də siyasi partiyalarla bir neçə
görüş keçirirəm. Və bu görüşlərin nəticəsi olaraq dövlət siyasətinə
bu və ya digər korrektələr edirik, bu və ya digər məsələlərdə
onların təklif və rəylərini nəzərə alırıq. Çünki cəmiyyət təkcə
hakimiyyət və ona bu mandatı verən xalqdan ibarət deyil. İqtidarla
xalqın arasında üçüncü bir qüvvə də var. Bu da dediyim kimi, mövcud
vaxt çərçivəsində hakimiyyətə iddialı olan, lakin hakimiyyətə gələ
bilməyən siyasi partiyalardır. Onlar opponentlik funksiyasını
yerinə yetirir və onların vəzifəsi bundan ibarətdir. Mütəmadi
olaraq cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq müxtəlif vətəndaş
təşəbbüslərini reallaşdıran QHT-lər var, onların maraqları,
gündəlik təşəbbüsləri və digər məsələlər nəzərə alınmalıdır.
Mətbuat isə xalqla dövlət arasında, dövlətlə ictimai-syasi
institutlar arasında bağlayıcı vasitədir. Hər birinin fəaliyyətini
işıqlandırır, cəmiyyətn onlara qiymətini gündəmə gətirir. Mətbuatla
iş qurulmalıdır. Azərbaycan çoxmillətli dövlətdir. Onlar arsında
balanslı milli siyasət yürüdülməlidir. Azərbaycan tolerantlıq
iddiasındadır və bölgənin ən tolerant ölkəsidir. Biz bunu dünyaya
böyük məmnuniyyətlə yayırıq. Deməli Azərbaycandakı müxtəlif dini
konfessiyalar araındakı münasibətlər öyrənilməlidir. Onlarla
mütəmadi görüşlər keçirilməli və onların maraq və mənafeləri nəzərə
alınmalıdır. Bütün bunları ümumiləşdirəndə, demək olar ki,
Azərbaycanda bu istiqamətdə yürüdülən dövlət siyasəti
təqdirəlayiqdir. Bunu tək biz deyil, opponentlərimiz, o cümlədən
bizi əhatə edən dövlətlərin ictimai-siyasi xadimləri də Azərbaycana
gələrkən və ya biz xaricdə onlarla görüşərkən
qiymətləndirirlər.
- Bəzi xarici təşkilatlar Azərbaycanda özlərinin “beşinci
kolon”larını yaratmaq siyasəti yürütməyə çalışıblar və hər dəfə də
rəsmi Bakının yerində müdaxiləsi ilə bunlar zərərsizləşdirilib. Bu
siyasət onları daha da aqressivləşdirir, ikili standartları
çərçivəyə sığmır. Beynəlxalq təşkilatlarla bağlı son vəziyyət
necədir?
- Mən 20 ilə yaxındır ki, daxili və xarici QHT-lərlə işləyirəm.
Bunların əksəriyyətinin məqsəd və məramı, missiyası hamıya
bəllidir. Əlbəttə, QHT ayrı-ayrı vətəndaşların, vətəndaş
qruplarının təşəbbüsləri əsasında yaranır və onların bu və ya digər
ideyalarını reallaşdırmağa xidmət edir. Amma təəssüflər olsun ki,
beynəlxalq QHT-lərin çoxu müəyyən qlobal güclər tərəfindən
yaradılıb və dünyada dövlətlərlə ikitərəfli və çoxtərəfli
münasibətlərdə əlavə resurs kimi istifadə olunur.
Təkcə bir faktı xatırladım. “Avroviziya” müsabiqəsi zamanı, Azərbaycan belə böyük Avropa mədəni aksiyasına ev sahibliyi edərkən bəzi QHT-lər antiAzərbaycan koalisiyası yaratdılar. Məqsəd isə o idi ki, o vaxta qədər bəzi qlobal güclərin Azərbaycan dövlətinə qəbul elətdirə bilmədiyi, Azərbaycan dövlətini yönəldə bilmədiyi istiqamətlərə bu resurslardan istifadə etməklə Azərbaycanı yönəltsinlər. Bununla bağlı kampaniyalar aparıldı. Belə kampaniyalarla daxildə və xaricdə Azərbaycanın imicinə təsir göstərilməyə çalışıldı. Bu il də bilirsiniz ki, Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Hər bir dövlət bu cür tədbirləri təşkil etməyi istəyir və bunlar dövlətin beynəlxalq imicinə mütləq şəkildə təsir göstərir. Lakin yenə həmin qruplar təşkilatlanmağa, qruplaşmağa və bəzi beynəlxalq güclərin əlində alət olaraq bu tədbirdən istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışırlar.
Hər bir xarici dövlət, beynəlxalq təşkilat Azərbaycanı öz istədiyi
kimi görmək istəyir. Amma Azərbaycan dövləti onların maraq və
istəyinə uyğun dövlət ola bilməz. Azərbaycan dövlətinin təməlində
Azərbaycan xalqının maraqları, mənafeyi dayanır. Deməli, dövlət
olaraq onun birinci vəzifəsi xalqın maraq və mənafelərinin təmin
edilməsidir. Bütün digər məsələlər vasitədir. Hansısa təşkilatlarla
münasibət, musiqi, idman yarışları xalqın həyatında məqsəd ola
bilməz. Bunlar xalqın gələcək həyatını yaxşılaşdırmaq üçün
vasitədir və bu vasitələrdən biz məharətlə istifadə edirik, etməyə
çalışırıq. Və belə olan halda, biz beynəlxalq təşkilatları da
anlayırıq. Onların fəaliyyətinin, siyasətlərinin köklərini də
bilirik.
Amma onların nəyi nə qədər istəmələrindən asılı olmayaraq, biz bir dövlətik. Dövlətin isə maraqları, bu maraqların obyekti, subyekti, fəaliyyətinin istiqamətləri var. Prezident İlham Əliyev elə bir siyasətçidir ki, ona heç kim kənardan təzyiq göstərə bilməz. Onunla ancaq dost, tərəfdaş olmaq olar. İndiyədək kimsə ona təsir göstərə bilməyib, onu öz haqq yolundan, öz millətinin, dövlətinin maraqları istiqamətində fəaliyyətindən sapdıra bilməyib, bundan sonra da mümkün deyil.
- I Avropa Oyunlarına hazırlıq istiqamətində çoxlu işlər
görülüb. Ölkənin birinci xanımı, təşkilat komitəsinin sədri
Mehriban Əliyevanın gördüyü işlər əvəzsizdir. Hazırda bu hazırlıq
işləri nə yerdədir?
- Bununla bağlı geniş məlumat verməyəcəyəm. Çünki görünən dağa nə
bələdçi? Artıq demək olar ki, dünyanın bütün aparıcı ölkələrində,
dünya siyasətinin, mədəniyyətinin, dünya idmanının əsas
mərkəzlərində təqdimatlar keçirilib. Bilirsiniz ki, biz
“Avroviziya”da elə bir standart ortaya qoyduq ki, bizdən sonra onu
keçirənlər cəhd göstərirlər ki, Azərbaycan standartları səviyyəsinə
qalxsınlar.
İndi də Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir. Deməli, Azərbaycan ilk standartları müəyyənləşdirir. Əslində bu oyunlar, məsələn, ötən il Soçidə keçirilən Qış Olimpiya oyunlarından daha geniş əhatə dairəsinə malikdir. Yəni idmançıların, onları müşayiət edəcək personalın sayına görə Qış olimpiadasından bəlkə də 2-3 dəfə çox iştirakçı gözlənilir. Ona görə də bu, çox mühüm, amma eyni zamanda məsuliyyətli və çətin bir tədbirdir. Lakin Azərbaycan dövləti son zamanlar bütün dünyaya sübut edib ki, biz nəinki belə oyunları təşkil etməyə qadirik, bundan yüksəyini də bacararıq.
Prezident İlham Əliyev, çox hörmətli Mehriban xanım Əliyeva başda
olmaqla, həm dövlət strukturları, həm Heydər Əliyev Fondu və onun
rəhbərliyi altında olan xarici ölkələrdəki strukturlar, eyni
zamanda 2015-ci il Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri
kimi Mehriban xanımın rəhbərlik etdiyi komanda çox ciddi fəaliyyət
həyata keçirir və bu fəaliyyətin də nəticələri artıq göz
qarşısındadır. Düzdür, yenə bəzi QHT-lər, daxili və xarici qüvvələr
ayrı-ayrı mövcud olmayan məsələləri uydururlar, guya hansısa
beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquqlarını əsas
gətirərək Avropa Oyunlarını boykota çağırırlar. Amma bunların heç
bir əsası yoxdur. Cəhdlər var, amma quru divara palçıq yapışdırmaq
mümkün olmadığı kimi, bizim haqq işimizə də heç kim kölgə sala
bilməz.
- Əli müəllim, ötən həftənin əsas hadisəsi öncə Mehriban
xanım Əliyevanın, daha sonra cənab Prezident İlham Əliyevin İtaliya
səfərləri, Vatikan görüşləri oldu. Bu səfərləri şərh
edərdiniz.
- Bilirsiniz ki, son zamanlar Azərbaycan Avropanın əsas enerji
təminatı mərkəzlərindən birinə çevrilib. Hal-hazırda “Şahdəniz 2”
layihəsi çərçivəsində Avropanın gələcək qaz təminatında mühüm bir
faktora çevrilərək Azərbaycan transmilli layihələr həyata keçirir.
TAP, TANAP, bunlardan əvvəl Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir
yolu layihəsi və digər bu kimi transmilli layihələrdə Azərbaycan ev
sahibliyi edir.
Prezidentin Bolqarıstana səfəri Azərbaycanın reallaşdırmaq istədiyi və təməlini qoyduğu layihələrə Şərqi Avropa ölkələrinin qoşulması təşəbbüslərini müzakirə etmək, mövcud imkanları araşdırmaq, Bolqarıstanla gələcək ikitərəfli, çoxtərəfli münasibətləri, o cümlədən enerji və digər məsələləri müzakirə etmək və tənzimləmək məqsədi ilə reallaşdırıldı. Səfərin kifayət qədər müvəffəqiyyətli, uğurlu yekunları var.
Bu haqda ictimaiyyətə məlumatlar verilir və veriləcək. O ki qaldı hörmətli Mehriban xanımın Romaya səfərinə, Vatikanda keçirdiyi görüşlərə, Romada baş tutan 2015-ci il I Avropa Oyunlarının təqdimatı mərasiminə, bilirsiniz ki, bunlar sistemli tədbirlərin tərkib hissəsidir. Dünya ölkələrinin Oyunlara qatılmayan kəsiminə belə, keçiriləcək oyunlar, Azərbaycanın mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri, musiqisi və s. çatdırılır. Təkcə oyunların keçiriləcəyi günlərdə deyil, hazırlıq dövründə də Azərbaycanın təbliği sahəsində o qədər möhtəşəm işlər görülür ki, hesab edirəm, bizim əlimizə heç də tez-tez belə imkan düşmür.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO