Nida.az
“Siyasi partiyalar zəiflədikcə radikal qüvvələr aktivləşir” – partiyaların durumu necədir?
Bu gün “Azərbaycanda siyasi partiyalar: mövcud durum və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşkilatçılığı ilə keçirilən dəyirmi masa siyasi partiyaların gələcək inkişaf yollarının axtarılması məqsədi daşıyır.
AMİP-dən Publika.az-a verilən məlumata görə,
dəyirmi masada çıxış edən partiya sədri Yusif Bağırzadə ölkədə
siyasi partiyaların aktivliyinin azaldığına diqqət çəkib: “Bunun
obyektiv və subyektiv səbəbləri var.
Bura bir tərəfdən siyasi partiyaların maddi-texniki bazasının olmaması, cəmiyyətdə siyasi partiyalara inamın az olması, hakimiyyətlə siyasi partiyalar arasında münasibətlərin normal olmaması, proporsional seçki sisteminin ləğv olunması və digər səbəblər daxildir”.
AMİP sədri qeyd edib ki, cəmiyyətdə siyasi partiyaların rolu azaldıqca, radikal qüvvələrin təsiri artır. Y. Bağırzadə son vaxtlar baş tutan iqtidar-müxalifət görüşünün siyasi partiyaların vəziyyətinin dəyişməsində əhəmiyyətli olduğunu bildirib.
AMİP-in baş katibi Arzuxan Əlizadə ölkədə normal siyasi
münasibətlərin olması üçün siyasi partiyaların fəallaşmasının
vacibliyini vurğulayıb.
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə
siyasi partiyaların zəifliyinin səbəblərindən danışıb.
“Bu gün siyasi partiyalar iqtidar güclü olduğuna görə deyil,
birləşə bilmədikləri və pərakəndə şəkildə fəaliyyət göstərdikləri
üçün zəifdir. Eyni zamanda ölkədə proporsional seçki sistemin ləğv
edilməsi partiyaların çəkisini aşağı salıb. Digər tərəfdən,
partiyalarda cavanlaşma getmir, gənclərə yer verilmir. Düşünürəm
ki, əgər bu baş versə, tezliklə siyasi partiyalar güclənə
bilərlər”, - deyə o vurğulayıb.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə qeyd edib
ki, siyasi partiyaların aktivləşməsi demokratik dəyişikliklər və
demokratik islahatlar yolu ilə baş tuta bilər.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu