Nida.az
AŞ PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabat hazırlanacaq
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Trend-in məlumatına görə, O.Əsədov Avropa Şurasının
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
qəbul etdiyi qərarlara Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe
nümayiş etdirdiyini diqqətə çatdırıb.
R.Uolter Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə son
dövrlərdəki gərginliyi nəzərə alaraq hesabat tərtib etməli olduğunu
söyləyib. Bildirib ki, hesabatda, eyni zamanda, son 20 ildə baş
verən proseslər, problemin hələ də həll olunmamasının səbəbləri və
münaqişə nəticəsində qaçqın və məcbur köçkün vəziyyətinə düşmüş
insanların vəziyyəti öz əksini tapacaq.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu