Nida.az
Razi Nurullayev: “Mitinqlər üçün Əli Kərimliyə müxtəlif mənbələrdən pullar gəlir”
“Əli Kərimli mitinqləri keçirmək üçün partiya üzvlərindən pul yığırdı”.
Bu barədə Publika.az-a açıqlamasında AXCP sədrinin keçmiş müavini
Razi Nurullayev deyib.
Onun sözlərinə görə, hər kəs cibindən müəyyən vəsait toplayıb
mitinq fondu formalaşdırırdı: “Böyük məbləğı yığa bilmirdik. Kimin
nəyə gücü çatırdı, verirdi. Kənardan müxtəlif mənbələrdən də
partiya sədrinə pullar gəlirdi. Amma onların qaynağını bilmirəm.
Əli Kərimli bu barədə bizə heç nə demirdi”.
15 mart mitinqinə münasibət bildirən R. Nurullayev müxalifətin
xalqdan uzaqlaşdığını qeyd edib: “Əfsus ki, xalq müxalifətin
yanında deyil. İnsanlar mitinqə gəlmir, çünki xalqın inamı qırılıb.
Bu gün Əli Kərimlinin arxasında xalq dayanmır. Bu faktdır və bir
daha mitinqdə bunun şahidi olduq. İnsanlar qiymət artımına dair
etiraza qoşulmursa, deməli xalqın inamını qırıblar”.
R. Nurullayev mitinqdəki çıxışçıların seçilməsi prosesindən də
danışıb.
“Mitinqin aparıcılığı, istərsə də tribunada çıxış edənlərlə bağlı
hər zaman narazılıq olub, olacaq da. Əli Kərimli həmişə istədiyi
adamları qabağa verirdi. Bu da başqalarında qıcıq yaradırdı. Çünki
Milli Şurada çıxışçılar ümumi istəklə seçilmir. Əli Kərimli kimi
istəsə o da mitinqdə çıxış edir. Çıxışçılardan Əbülfəz Qurbanlının
çıxışına müsbət yanaşmıram və inanmıram ki, tribunadan emosiya
yarada bildi”, - deyə o vurğulayıb.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu