Nida.az
ADR üzvünün “Facebook” parolu sındırıldı, istefa xəbəri yayıldı
Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının üzvləri sosial şəbəkələrdə təxribatla qarşılaşıb.
Publika.az xəbər verir ki, bu gün ADR Hərəkatının
Məclis üzvü Rahib Mirələmovun “Facebook” səhifəsində hərəkatdan
istefa verdiyi barədə status paylaşılıb:
“ADR-in tutduğu mövqe milli deyil, iqtidar yönlüdür. Hərəkatdan ayrılmaq haqqında qərar verirəm. Düşünürəm ki, bu gündən etibarən fəaliyyətimi Müsavat Partiyasında davam etdirim. ADR-dən istefa verirəm”, - deyə statusda bildirilir.
R. Mirələmov bundan xəbər tutandan sonra statusu silib və
“skrinşot”unu səhifəsində yerləşdirərək bu əməli törədənlər barədə
sərt sözlər işlədib.
Onun sözlərinə görə, “Facebook” səhifəsinə müdaxilə edən şəxs duyuq düşülməsin deyə parolu dəyişməyib, sadəcə sındıraraq, belə bir status yazmaqla kifayətlənib.
R. Mirələmov qeyd etdi ki, bir neçə gün öncə başqa bir ADR üzvü Kamil Xəlilbəylinin də profili ələ keçirilib. O bu addımları ADR Hərəkatına olan qısqanclıqla əlaqələndirib: “Özüm Müsavat Partiyasının üzvüyəm. Bu hərəkəti partiya rəhbərliyinin adına bağlamaq istəmirəm. Amma düşünürəm ki, bunu rəhbərliyin əlaltıları edib. Hər zaman belə olaylara pis baxmışam. Bu hərəkəti edən şəxsi tapsam, onun cavabını özüm verəcəyəm. Konkret ad çəkmək istəmirəm”.
ADR üzvü sözügedən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına
müraciət etməkdə tələsmək istəmir: “Belə hadisə ilk dəfə başıma
gəlir deyə hələ gözləyirəm. Amma bu hal təkrarlansa, təbii ki,
şikayət etməyə məcbur olacağam”.
Onun sözlərinə görə, ADR ictimai bir təşkilatdır və əsas hədəflərindən biri gənc ziyalıların, xanımların bu hərəkata qoşulub ölkəmizdə demokratik islahatların aparılmasına nail olmasıdır: “Biz xalqın maddi və mənəvi rifahının yüksəldilməsi üçün çalışırıq. Qarşımıza qoyduğumuz vəzifələr nə populizm, nə də radikalizmlə həllə yönəlib”.
Asif Nərimanlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO