Nida.az
Fransa irqçiliyə boğulub: türk və müsəlmanların partiyası bağlanır
Fransada türk əsilli Hikmət Hüseyinbaşın rəhbərlik etdiyi partiyanın bağlanması üçün imza toplama kampaniyası başlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir
ki, yanvar ayında yaradılan və sürətlə təşkilatlanaraq martın 22-də
bölgə təmsilçiliyi (Elections departementales) üçün keçiriləcək
seçkilərə 10 bölgə üzrə namizədlərini irəli sürən Bərabərlik və
Ədalət Partiyası (PEJ) fransızlar tərəfindən ayrı-seçkiliyə məruz
qalıb. Belə ki, PEJ-in türk və müsəlmanların partiyası olduğunu
əsas gətirən fransızlar partiyanın bağlanması üçün 500 imza
toplayıblar. Gəlmələrin öz adət-ənənələrini, dinləri və dillərini
unutmalı olduğu ideyasını irəli sürən irqçilər partiyanın Fransaya
şəriəti gətirmək istədiyini iddia edirlər.
Məsələ ilə bağlı danışan Fatih Karakaya Fransada seçki sisteminin
digər ölkələrə nisbətən daha anti-demokrat olduğunu bildirib: “6
faiz səs qazanan bir partiyanın 20 millət vəkili ola bilir, amma 25
faiz səs alan başqa partiyanın heç bir millət vəkili olmur. Bu da 2
turlu seçki sistemindən qaynaqlanır”.
F. Karakaya Fransada gəlmələrin həmişə irqçiliyə, ayrı-seçkiliyə
məruz qaldığını, “günah keçisi” olduğunu vurğulayıb.
“30 ildir Fransanın iqtisadi durumu zəifləyir. Nasist
Almaniyasından öncəki kimi, heç bir partiya buna dur demir. O vaxt
“günah keçisi” yəhudilər idisə, indi də müsəlmanlardır. Tarixdən
dərs almaq əvəzinə, gəlmələri günahlandırırlar. Özlərini demokrat
adlandıran digər partiyalar da irqçi partiyalara heç nə demir,
onlara haqq qazandırırlar”, - deyə o qeyd edib.
Asif Nərimanlı
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ