Nida.az
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının biznes forumu keçirilib
Bu gün Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin biznes forumu keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə
verilən məlumata görə, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan
və Türkiyədən rəsmi şəxslərlə yanaşı, 100-dən artıq iş adamı
iştirak edib.
Biznes forumda Azərbaycan kənd təsərrüfatı və qida sənayesi,
tikinti, tekstil, inşaat materialları, əczaçılıq, konsaltinq və
digər sahələrdə fəaliyyət göstərən 26 şirkətlə təmsil olunub.
Tədbiri giriş sözü ilə açan Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının baş katibi Halil Akıncı biznes forumun Şuraya üzv
ölkələrin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi
baxımından əhəmiyyətini vurğulayıb, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının fəaliyyəti, görülən işlər, türkdilli ölkələr
arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi
istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan
nümayəndələr Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində
qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə dair müxtəlif
məruzələrlə çıxış ediblər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)
nümayəndəsi Zaur İbrahimov Azərbaycanın investisiya mühiti və
biznes imkanlarına dair təqdimatla çıxış edib. O, ölkəmizin
qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional
layihələr, Azərbaycanda yerli və xarici iş adamları üçün yaradılmış
əlverişli biznes və investisiya mühiti, AZPROMO-nun fəaliyyəti
barədə geniş məlumat verib.
Forum ikitərəfli görüşlərə davam edib.
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO